| |
Bu gecə əsən güclü külək paytaxtda bir neçə ağacın aşmasına səbəb olub. Nərimanov rayonu Xətai prospektində bir ağac qırılaraq avtomobil yolunu kəsib. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bu gecə əsən güclü külək yolun kənarındakı iki böyük çinar ağacını da aşırıb. Ağac avtomobillərdən birinin üstünə düşərək avtomobilə ciddi ziyan vurub.
Xatırladaq ki, bu gecə küləyin sürəti saniyədə 30 metr olub.
|