| |
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi 15 yaşından 24 yaşınadək gənclər arasında müsabiqə elan edib. Adı çəkilən Departamentin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, müsabiqə «Sənin işin nədir– onu çək» adlanır. Müsabiqədə iştirak etmək istəyənlər bir neçə sosial mövzu ilə bağlı 30-120 saniyəlik film çəkib təqdim etməlidirlər. Bunlar «İqlim dəyişikliyi», «Beynəlxalq miqrasiya», «Sülh və ya tolerantlıq», «İnsan hüquqları» və «Əqli mülkiyyət» mövzularıdır. Filmlərin müsabiqəyə qəbulu aprelin 1-də yekunlaşacaq.
|