| |
Geri |
|
| |
 |
Gəncədə «ABŞ güşəsi» açılıb
23.05.2008 14:38:18
Regional ABŞ güşələri artıq respublikamızın 5 zonasında fəaliyyət göstərir |
|
| |
Bu gün Gəncədə «ABŞ güşəsi» açılıb. Bu münasibətlə şəhər mərkəzləşdrilmiş kitabxanasında təqdimat mərasimi keçirilib. Qeyd edək ki, regional ABŞ güşələri respublikamızın 5 zonasında fəaliyyət göstərir. Guşənin iş prinsipi informasiya- resurs mərkəzi kimi istənilən sahə ilə bağlı çap və elektron məlumatlarının toplanması məqsədini daşıyır.
Regional ABŞ mərkəzlərinin əlaqələndiricisi Bill Midlsman dünyanın müxtəlif ölkəlrində 395 ABŞ guşəsi fəaliyyət göstərdiyini qeyd edib və bildirib ki, Gəncədəki mərkəzin köməyi sayəsində ABŞ universitetləri ilə video konfransların təşkil olunması, kino günləri və sair əhəmiyyətli hadisələri gerçəkləşdirmək mümkün olacaq. Bundan başqa, ingilis dilini mükəmməl öyrənmək istəyənlər üçün mərkəzin nəzdində danışıq klubları təşkil olunacaq.
Hazırda ABŞ-da da Azərbaycan guşələri mövcuddur və Alyaska, Ohayo ştatlarında fəaliyyət göstərən qurumlarda Azərbaycanla bağlı məlumatların alınması mümkündür. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|