| |
Geri |
|
| |
 |
Futbol üzrə ölkə kuboku yarışının final matçı keçiriləcək
24.04.2008 12:26:21
Növbəti mərhələnin matçında isə “İnter” “Neftçi”yə qalib gəlib |
|
| |
Futbol üzrə ölkə kuboku yarışının final matçında “Xəzər Lənkəran” və “İnter” qarşılaşacaq. İlk matçda “Qəbələ”ni 3-1 hesabı ilə məğlub etmiş Lənkəran təmsilçisi cavab oyununda heç-heçə ilə kifayətlənib. “İnter” isə “Neftçi”ni mübarizədən kənarda qoyub. Qarşılaşmada ilk yarı qolsuz başa çatıb. "Neftçi" 2-ci hissəyə də fəal başlayıb. Lakin, hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 57-ci dəqiqəsində sol cinahdan təşkil olunmuş hücum zamanı Valterin zərbəsi qapı tirinə tuş gəlsə də, Cavad Hüseynov topa hamıdan əvvəl çatıb və onu Miçoviçin qoruduğu qapıya göndərib. Qalan dəqiqələr ərzində qapısının toxunulmazlığını təmin etmiş İnter 1-0 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb. “İnter” – “Neftçi”: 1-0 |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|