| |
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası İspaniyanın “Real Madrid” klubu ilə yoldaşlıq matçı keçirə bilər. Belə ki, adıçəkilən seçmə komandamız bu il sentyabrın 10-dan 20-dək İspaniyada təlim-məşq toplanışı keçirməyi planlaşdırıb. Bu ərəfədə yığma komandaya yeni təyin olunmuş baş məşqçi, alman Benrhart Lippert futbolçuların səviyyələrini bir sıra yoxlama matçlarında sınamaq niyyətindədir. Məhz bu səbəbdən AFFA kral klubuna təklif göndərib. Əgər müraciət müsbət cavablanarsa, onda yığma komandamız hazırlıq prosesi çərçivəsində “Atletiko” və “Sevilya” kollektivləri ilə də qarşılaşa bilər. |