| |
Geri |
|
| |
 |
Fransa xarici işlər naziri:
11.10.2008 15:51:07
Rusiya, Medvedev-Sarkozi planını sona qədər yerinə yetirməyib |
|
| |
Bernar Kuşnerin sözlərinə görə, Rusiya qoşunları təyin olunmuş müddətdə bufer zonanı tərk edib, amma digər şərt yerinə yetirilməyib: onlar münaqişə başlanandək tutduqları mövqelərə qayıtmayıblar. Rusiya öz qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə götürdüyü öhdəlikləri sona qədər yerinə yetirməyib. Bu barədə Gürücstanda səfərdə olan Fransa xarici işlər naziri Bernar Kuşner bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları təyin olunmuş müddətdə bufer zonanı tərk edib, amma digər şərt yerinə yetirilməyib: onlar münaqişə başlanandək tutduqları mövqelərə qayıtmayıblar. Sülhməramlıların münaqişə başlanana qədər Gürcüstanın nəzarəti altında olan Axalqori rayonunda və Kodor dərəsində qalması mübahisəli məsələ olaraq qalır. Moskva sentyabrın 90-u təyin olunmuş müddətdən bir gün öncə rəsmi olaraq qoşunların Gürcüstan ərzisindən çıxarılmasının bitməsini elan edib.
Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili isə hesab edir ki, Cənubi Osetiya və Abxaziyanın xəritədə göstərilmiş sərhədləri faktiki olaraq mövcud deyil. “Bu isə Yuxarı Kodor dərəsinə aiddir. Və bu ərazi heç vaxt abxaz separatçılarının nəzarətində olmayıb", deyə gürcü naziri Estoniyanın Postinees qəzetinə müsahibəsində bildirib. Bu yolla, Tkeşelaşvilinin fikrincə, Axalqori rayonu Gürcüstanın nəzarəti altında olmaldıır. “Axalqori rayonu, Gürcüstan müstəqillik əldə edəndən bəri heç vaxt münaqişəyə cəlb olunmayıb və separatçı qruplaşmaların nəzarətində olmayıb. İndi isə 21-ci əsrdə bura ruslar daxil olaraq ərazini zəbt ediblər və hansısa sovet dövründən qalmış inzibati sərhəd adı ilə gürcülərdən təmizləyiblər”.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|