| |
Geri |
|
| |
 |
“Fars kuboku 2008” keçiriləcək
21.02.2008 23:38:48
İranda uşu üzrə “Fars kuboku 2008” adlı beynəlxalq turnir keçiriləcək |
|
| |
Beynəlxalq uşu federasiyasının təqvim planına salınmış yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. İranın paytaxtı Tehranda uşu üzrə “Fars kuboku 2008” adlı beynəlxalq turnir keçiriləcək. Azərbaycanın Uşu-Sandaçıları bu turnirdə iştirak etmək üçün İrana səfər ediblər. Beynəlxalq uşu federasiyasının təqvim planına salınmış yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. Həmyerlilərimiz yalnız sanda döyüşlərində bacarıqlarını nümayiş etdirəcəklər. Məşqçi Bahərəddin Səlimovun rəhbərliyi altında ən aşağı çəkidə Sənan Haqverdiyev tatami üzərinə çıxacaq. Ağırlığı 60 kq olan uşuçular arasında isə Ruslan Bağrova etimad göstərilib. Orta çəkidə Rövşən Babayev məharətini nümayiş etdirəcək. Komandamızın heyətində yer alan ağır çəkili uşu-sandaçı isə Rza Əmiraslanovdur. Qeyd edək ki, bu gün başlayacaq turnir 2 gün davam edəcək.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|