| |
Dünyanın ən populyar sosial toru olan “Facebook”u təhsil aldığı Harvard Universitetindəki dostları ilə əlaqə qurmaq üçün yaradan Mark Zuckerberg bu gün dünyanın ən böyük şirkətlərindən birinin iqtisadiyyatını idarə edir. “Facebook”un dəyərini yüksəldən, iqtisadiyattını müəyyən edən əslində “Microsoft” olub. “Microsoft” “Facebook”un yüzdə 1.6-sını 240 milyon dollara satın alaraq şirkətin dəyərini 15 milyard dollara qaldırıb. Beləliklə “Microsoft”un iştirakı ilə “Facebook”un bazar dəyəri 18 milyard dollara qədər qalxıb. Bundan başqa “Facebook”a Peter Theil 500 min dollar, Accel Patrners 12.7 milyon dollar, Li Ka-Shing 50 milyon dollar və ən son Marc Samwer, Oliver Samwer, Alexander Samwer 10 min dollar sərməya yatıraraq sayta dəstək olmuşlar.
Vüsalə ÇİNGİZ
|