| |
Xalq artisti Fərhad Bədəlbəylinin vəziyyəti qənaətbəxşdir. Mərkəzi Klinik Xəstəxananın həkimi, neyrocərrah Əli Ələkbərov bildirib ki, F. Bədəlbəyli hələ də xəstəxananın reanimasiya şöbəsindədir: “Onun palataya köçürülməsinə heç nə mane olmur. Sadəcə, bu, həm onun özünün, həm də rəhbərliyin istəyidir. Fərhad müəllim hazırda gəzir, danışır, səhhəti normaldır”. Ə. Ələkbərovun sözlərinə görə, 1 il ərzində xalq artisti ciddi pəhriz gözləməlidir: “O, evə köçürüləndən bir müddət sonra da həkim nəzarəti altında olacaq. Xəstənin bu həftənin ortaları evə buraxılacağı gözlənilir”. Qeyd edək ki, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli fevralın 6-da beyin qansızması diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya gətirilib və onun başında cərrahiyyə əməliyyatı aparılıb.
|