| |
Geri |
|
| |
 |
Estoniya Azərbaycanın mövqeyini dəstəkləyir
02.04.2008 04:08:40
Estoniya Azərbaycanın mövqeyini dəstəkləyir
|
|
| |
Estoniyanın BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı ərazilərində vəziyyətlə bağlı qətnamə qəbul olunarkən neytral mövqedə durması ölkənin Azərbaycanı dəstəkləməməsi kimi başa düşülməməlidir. Estoniya parloamentinin sədr müavini Kristina Oyuland Bakıda keçirdiyi mətbuat konfransında belə deyib. Bildirib ki, qətnamənin dəstəklənməməsi Kosovo məsələsi ilə bağlı olub. KRİSTİNA OYULAND «BMT-DƏ AZƏRBAYCANLA BAĞLI QƏTNAMƏNİN QƏBULU ZAMANI ESTONİYANIN MÖVQEYİNƏ KOSOVO PROBLEMİ TƏSİR ETDİ. ESTONİYANIN MÖVQEYİ AVROPA BİRLİYİNİN MÖVQEYİ İLƏ ÜST-ÜSTƏ DÜŞDÜ. ÇÜNKİ AVROPA İTTİFAQINA DAXİL OLAN BİR ÇOX DÖVLƏTLƏR KOSOVONUN MÜSTƏQİLLİYİNƏ SƏS VERİBLƏR. QISA ZAMAN KƏSİYİNDƏ DAHA BİR SƏNƏDİN QƏBULU ÜÇÜN SƏS VERMƏK MÜNASİB DEYİLDİ. ONA GÖRƏ DƏ NEYTRAL QALDIQ. AMMA KOSOVO MƏSƏLƏSİ HEÇ ZAMAN DİGƏR MÜNAQİŞƏLƏRİN HƏLLİ ÜÇÜN PRESEDENT OLA BİLMƏZ. HƏR BİR MÜNAQİŞƏ FƏRQLİDİR VƏ ÖZ HƏLLİNİ TAPMALIDIR. BU ESTONİYANIN MÖVQEYİDİR. BUNUNLA YANAŞI ESTONİYA HƏR ZAMAN BƏYAN EDİB Kİ, AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR VƏ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİNİ TAPMASINA TƏRƏFDARDIR».
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|