| |
Geri |
|
| |
 |
Ermənistanda vəziyyət gərgin olaraq qalır
02.04.2008 22:00:40
Ermənistanda vəziyyət gərgin olaraq qalır
|
|
| |
Ermənistan prezidenti Robert Köçaryanın fərmanı ilə müdafiə nazirinin müavini Manvel Qriqoryan mitinqlərdə iştirakına görə istefaya göndərilib. Prezident seçkisindən sonrakı qarşıdurmalarda həbs olunmuş 20 müxalifətçi isə aclıq aksiyasına başlayıb. Ermənistanın eks baş naziri Aleksandr Arzumanyan və parlamentin bir neçə deputatı da aclıq aksiyası keçirənlər arasındadır. Aksiyaçılar onlara qarşı qaldırılan ittihamın ləvğ edilməsini tələb edirlər. Tələblər yerinə yetirilməsə müxalifətçilər daha geniş miqyaslı aksiyalara başlayacaqlar. Etiraz edənlərə qarşı cinayət işi artıq məhkəməyə verilib. Bu arada Ermənistan ordusunda yüksək çinli yerli zabitlərin çıxarılması müşahidə edilir. Politoloqların fikrincə, Qarabağ klanı orduda yüksək çinli yerli ermənilərin müxalifətə dəstək verə biləcəyindən qorxur.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|