| |
Geri |
|
| |
 |
Ermənilər çoxsaylı itki verib
06.03.2008 03:15:24
Ermənistan ordusu çoxsaylı itki verib |
|
| |
Cəbhə xəttində dünəndən başlayan hərbi əməliyyatlarda Ermənistan ordusu çoxsaylı itki verib. Düşmən ordusunda yaralılar da çoxdur. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ermənistan ordusunun atəşkəsi pozmaqda xüsusi məqsədi var. Onlar günahı Azərbaycanın üzərinə yıxmaqla dünya içtimaiyyətinin diqqətini Ermənistanda baş verən vətəndaş qırğınından yayındırmaq istəyirlər. Amma, beynəlxalq içtimaiyyət ermənilərin son hiyləsindən artıq xəbərdardır. Buna görə də özünə haqq qazandırmaq üçün Ermənistan tərəfi kütləvi informasiya vasitələrində yalan məlumatlar yayır, hərbi əməliyyatlarda verdiyi itkilərin sayını gizlədir. Çaşqınlıq içində qalan Ermənistanın hərbi rəhbərliyi Azərbaycanın Müdafiə Nazirliyindən və beynəlxalq təşkilatlardan atışmanın dərhal dayandırılmasını xahiş edib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|