| |
Kitabda erməni məsələsinin ortaya atılmasında həmin dövrdə geniş vüsət alan xarici və xüsusən erməni dilində nəşr olunan mətbuatın rolu qabarıq göstərilib Bu gün Atatürk Mədəniyyət Mərkəzində ermənişünas alim Qafar Çaxmaqlının «Erməni məsələsi tarixin izi ilə» adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov, politoloq Mübariz Əhmədoğlu və digərləri kitab haqqında məlumat veriblər. Kitabda erməni məsələsinin ortaya atılmasında həmin dövrdə geniş vüsət alan xarici və xüsusən erməni dilində nəşr olunan mətbuatın rolu qabarıq göstərilib. Müəllif bu məsələnin Türkiyəni parçalamaq istəyən xarici dövlətlər tərəfindən ortaya atıldığı tarixi faktlarla, həmçinin erməni müəlliflərinin öz dillərində yazdıqları etiraflarla oxuculara təqdim edib. Məqsəd XIX əsrin sonu, XX əsrin əvvəllərində süni şəkildə şişirdilən erməni məsələsi və ermənilərin Şərqi Anadolu və Cənubi Qafqazda törətdikləri hadisələri, faciələri və bunların mətbuatda əks olunmasından bəhs edən sənədləri oxucuya çatdırmaqdır.
|