Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Erməni lobbisi Koçaryan-Sarkisyan rejimindən imtina edib

09.03.2008 01:36:53

ABŞ erməni lobbisi Koçaryan-Sarkisyan rejimindən imtina edib
  Dünyanın ayrı-ayrı ölkələrindəki erməni diasporaları rəsmi İrəvandan təkrar seçkilərin keçirilməsini tələb edirlər

Ermənistanda baş verən hadisələr, hakimiyyət qüvvələrinin dinc nümayişçiləri güllə-borana tutması dünya ermənilərini Robert Koçaryan rejiminə qarşı qoyub. Ermənistanda hökm sürən zorakılıq və özbaşınalığın, ölkədə baş verənlərlə bağlı məlumatların qapalı saxlanılmasının qarşısının alınması məqsədi ilə Amerika Birləşmiş Ştatlarında, Rusiyada və Gürcüstanda «sos armeniya» adlı təşəbbüs qrupu fəaliyyətə başlayıb.

Bu qrupun təşkilatçılığı ilə bir neçə yerdə, o cümlədən Birləşmiş Ştatların Los-Ancels şəhərində və Tiflisdə «Rrobert Koçaryan rejiminə yox» şüarı ilə etiraz aksiyaları keçirilib. Xaricdəki erməni təşkilatlarının saytında yerləşdirilən video təsvirlərdən məlum olub ki, Los-Ancelsdə qeydə alınan izdihamlı nümayişdə Amerikanın erməni diasporunun 100 mindən artıq nümayəndəsi iştirak edib. Şəhərin mərkəzi küçələrindən birində başlanan aksiya 5 saata qədər davam edib və Ermənistanın bu şəhərdəki konsulluğu qarşısında keçirilən mitinqlə, rəsmi İrəvana ünvanlanan sərt tələblərlə yekunlaşıb. Bütün nümayiş boyu 10 minlərlə aksiya iştirakçısı «Levon» şüarları səslənidərərək Ermənistan müxalifətinin lideri Levon Ter Petrosyanı dəstəklədiklərini bəyan ediblər.
Eyni zamanda «Sarkisyan get» kimi şüarlarla çıxış edən nümayişçilər Ermənistanda davam edən siyasi repressiyalara, zorakılığa, mətbuata qarşı yönələn təzyiqlərə, hökm sürən informasiya blokadasına son qoyulması tələbi ilə Robert Koçaryan rejiminin istefa verməsi, ölkədə yenidən ədalətli və demokratik seçki keçirilməsi, Levon Ter-Petrosyanın ev dustaqlığından azad olunması çağırışları edilib. Təkcə bu yox, nümayişçilər həmçinin Amerika ermənilərinin yekdil fikrini də səsləndirərək bəyan ediblər ki, Koçaryan və Sarkisyan erməni millətinə mənsub deyil. «Əgər onlar erməni olsaydılar, öz xalqını güllə-borana tutmazdılar. Onlar erməni xalqına xəyanət edib».
Qeyd edək ki, ermənistan dövlətinin əsas maliyyə qaynağı hesab olunan Amerikadakı erməni diasporu ənənəvi olaraq İrəvandakı hakimiyyətin həm də siyasi dayaqları kimi fəaliyyət göstərib. Robert Koçaryan rejiminin təkcə ölkə daxilində deyil, Birləşmiş Ştatlardakı dayaqlarından da defakto məhrum olması artıq dünya erməniləri arasında zəncirvari reaksiyanın yaranmasına səbəb olub.
Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları da «sos armeniya» hərəkatına qoşularaq Tiflisdəki Ermənistan səfirliyinin və Avropa Birliyi nümayəndəliyinin qarşısında Ermənistanda baş alıb gedən zorakılığa və qanunsuzluqlara etiraz bildirən piketlər keçirib. «Sos armeniya»nın Gürcüstandakı təmsilçisi Georgi Alibekyanın sözlərinə görə, indi Ermənistanda məlumatların kənara çıxmasına maneə yaradıldığından Gürcüstanda yaşayan ermənilərin ölkədə baş verənlərdən xəbər tutması üçün İrəvanla əlaqə yaratmağa və bütün həqiqətləri əhaliyə çatdırmağa cəhd göstərilir.
«Biz İrəvanda hökm sürən zorakılığa, qanunsuzluqlara qarşı çıxırıq. Biz beynəlxalq ictimaiyyətdən xahiş edirik ki, Ermənistandakı siyasi təqiblərə son qoyulmasına, Levon Ter-Petrosyanın üzərinə qoyulmuş sanksiyaların ləğvinə və xalqa qarşı törədilən zorakılığın aradan qaldırılmasına kömək etsin. İndi tam olaraq informasiya boşluğu hökm sürür, ölkədən məlumatların çıxmasına maneə yaradılır. Biz cəhd göstəririk ki, İrəvanla əlaqə yaradaq və orada baş verənlərlə bağlı bütün həqiqətləri əhaliyə çatdıraq», - deyə Alibekyan bildirib.
Qeyd edək ki, «sos armeniya»nın Gürcüstan nümayəndəliyi erməni əhalisinin Ermənistanda baş verən hadisələrlə bağlı məlumatlandırılması üçün daimi qaynar xətt də yaradıb. Əslində bu da informasiya qıtlığının aradan qaldırılmasına xidmət etmir. Sadəcə ona görə ki, sos armenianın təşkilatçılarının özləri də Ermənistandan müfəssəl məlumat almaqda, həqiqəti öyrənməkdə acizdirlər. Gürcüstandakı erməni icması Tiflis nümayəndəliyinin rəhbəri Arnold Stepanyan bildirir ki, Ermənistandan hər hansı məlumatı almaq və yaxınlarının həyatı ilə maraqlanmaq belə çətinləşib. Çünki təkcə kütləvi informasiya vasitələrinə deyil, rabitə xidmətlərinə, o cümlədən mobil operatorların da fəaliyyətinə məhdudiyyət qoyulub. Yeri gəlmişkən, çəkiliş zamanı erməni icmasının nümayəndəsi bir neçə dəfə İrəvanla əlaqə yaratmağa cəhd göstərsə də, buna nail ola bilməyib.
Bir sözlə, indi Ermənistanda müstəqil məlumat yaymağa çalışan bütün mənbələr demək olar ki, fəaliyyət göstərmir. «Armeniya» onlayn, «a 1 plyus» saytları tamam açılmır, «arm today» saytı isə fasilələrlə və olduqca məhdud məlumatla işləyir.
«İndi biz Ermənistanda baş verən hadisələrlə əlaqədar informasiya boşluğunu yaşayırıq. Təəssüf ki, ölkədə faktiki olaraq qeyri-hökumət təşkilatlarının, siyasi qurumların, kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılıb. Ona görə də indi Ermənistan cəmiyyəti məlumatlardan kənarda qalıb. Cəmiyyətə impuls verən əsas orqanların fəaliyyəti məhdudlaşdırılıb», - Arnold Stepanyan qeyd edib.
Arnold Stepanyan Ermənistandakı mövcud vəziyyətin birmənalı qiymətlənidirlməsinin tərəfdarıdır və hesab edir ki, artıq erməni xalqının da Koçaryan rejiminə olan münasibəti mənfi istiqamətdə formalaşıb. «Təəssüf ki, indi ermənilər arasında iki qütb yaranıb və bu iki qütb arasındakı uçurum sürətlə artır. Düzdür, mən faiz baxımından deyə bilmərəm, amma fikrimcə xalqın çox hissəsinin simpatiyası Levon Ter-Petrosyanadır».
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » «Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verirlər»
 » Güləşçimiz Emin Əzizov ermənini dizə çökdürdü
 » Erməni soyqırımı məsələsi İsrail parlamentində qalmaqal yaradıb
 » «Beşlər»in növbəti toplantısı keçirilib
 » Kəlbəcərin işğalından 15 il keçir
 » PKK-ya qarşı əməliyyat zamanı 3 əsgər həlak olub
 » Çində terrorun qarşısı alınıb
 » Gürcüstan müxalifəti kütləvi aksiyaları bərpa edib
 » 2000 Rusiya balıqçısı üzən buz parçasının üzərində qalıb
 » ABŞ-ın Azərbaycandakı səfirinə mükafat verilib
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Millət necə tarac olur, olsun...
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
 
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.