Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Əlləriylə qoxu yayan bir şəhid

15.01.2008 14:39:58

Həzrəti Hüseyn: Əlləriylə qoxu yayan bir şəhid
  Məhərrəm mübarək ayların ən mübarəki, hüznlü günlərin ən həzinidir.
Məhərrəm ayı başladı. Bir neçə gündən sonra Kərbəlada cənnət igidlərinin seyidi olan Həzrəti Hüseynin canına qıyıldığı hüzn günləri başlayacaq. Turqut Uyarın divanındakı o fəryadın səslənməsinin vaxtıdır:

Əlləri ilə qoxu yayırdı, nasıl bir qoxu,
Suya gəl, qana gəl, hər yeni Hasana gəl.
O öldü, çünki bir gülü tutmuşdu bilmədən,
Sən istərsən, hər gün gəl, hər sənə gəl.
Hüseyn də öldü-ölür, Hasan da öldü-ölür,
Ölən və dirilən, o bitməz insana gəl.

Məhərrəm mübarək ayların ən mübarəki, hüznlü günlərin ən həzinidir. Həzrəti Əlinin gözünün nurlarından dördünün cənnətə uğurlandığı aydır. Kərbəla şəhidlərinin şahı Hüseyndən başqa Həzrəti Əlinin daha üç övladı şəhid olmuşdur və onların adı belədir: Əbubəkir, Ömər, Osman...
Əli Allahın sonsuz və mütləq isimlərindən biridir. Mənası uca deməkdir. Əli ucadır, Ucalar Ucasından alır ucalığını. Əli bizim şahımızdır, şah sultandır, Əli vəlayət sultanıdır. Əliyə ən çox yaraşan sifət Vəlidir. Vəli dost deməkdir. Əsl Dosta yaxın olmaqdır. Əli ucadır, mənəvi gücü, dəyəri ilə səmaya yüksəlmiş, Rəhman adının göyləri bürüyən buluduna girmiş, bir ədalət və mərhəmət yağmuruna çevrilmişdir. Əli ilə Fatimə dünyanın ən yoxsul ailəsidir. Əl-Hüseyninin dediyi kimi, “Kasıblıq insanı Allaha qovuşduran ən gözəl yoldur”. Əli bu yolun şahıdır. “Allahı gördünmü? O görünürmü?” deyə soruşulduqda: “Mən görmədiyimə inanmaram” deyən bir sultandır Əli. Bu ehsan məqamıdır, ehsan Allah-Təalanı görürmüş kimi Ona ibadət etməkdir. Onun çağımızdakı böyük varisi Bədiüzzaman bunu: “Qeyb pərdəsi açılsa, yəqinim ziyadələşməz” şəklində ifadə edir.
Həzrəti Əli yoxsulluğun, ədalətin, ürfanın və barışın, əmniyyətin sultanıdır.
Bir gün pulları yoxkən, sadəcə 6 dirhəmləri varkən və uşaqlarına yemək almağa gedərkən yolda dava edən iki insan görür və: “Niyə dava edirsiniz, bu aləmdə Allahı düşünməli olduğunuz halda, niyə bir-birinizlə döyüşürsünüz?” deyə soruşur Həzrəti Əli. Dalaşanlardan biri o birindən 6 dirhəm alacağı olduğunu, amma nə qədər əlləşsə də, ala bilmədiyini söyləyir. Həzrəti Əli olan-qalan 6 dirhəmini çıxarıb həmin adama verir və əliboş evinə dönür. “Cənnət qadınlarının seyidəsi” anamız Həzrəti Fatimə: “Ya Əli, heç bir şey almadınmı?” deyə soruşanda: “Amma iki nəfərin arasını düzəltdim, bir davanı yatırtdım, ya Fatimə” deyə cavab verir. Həzrəti Fatimənin çöhrəsində nurlu bir təbəssüm görünür, çünki ərinin bu gözəl hərəkətindən o da məmnundur. Amma Həsənlə Hüseynin “acıq, yemək istəyirik” deyə ağlamağa başlaması ilə Əli özünü saxlaya bilməyib evdən çıxır və bir şey əldə etmək üçün yola düşür. Yolda bir adama rast gəlir. Adam gözəl bir dəvənin ovsarından tutub ona tərəf gəlir və: “Ya Əli, bu dəvəni sənə satmaq istəyirəm, həm də ucuz qiymətə verəcəm” deyir. “Pulum yoxdur” deyir Həzrəti Əli. “Eybi yoxdur” deyir həmin adam, “Çox istəyirəm ki, bu dəvəni sənə satım, cəmisi 150 dirhəmə. Al dəvəni, apar, pulunu sonra verərsən”. Həzrəti Əli o dəvəni alır və yoluna davam edir. Bu dəfə də başqa bir adama rast gəlir: “Ya Əli, nə gözəl dəvədir bu. Mən bunu 300 dirhəmə almaq istəyirəm. Nə olar, xahişimi rədd etmə”, - deyir o adam. Həzrəti Əli: “Amma mən bu dəvəni 150-yə aldım”, - söyləyir. “Olsun, bu dəvəni çox bəyəndim, təki sən onu mənə sat”, - deyir həmin şəxs. Həzrəti Əli dəvəni 300 dirhəmə satdıqdan sonra evinə xeyli miqdarda ərzaq aparır və dayanmadan peyğəmbərin hüzuruna çıxır. Peyğəmbərimiz (s.ə.s.) onu təbəssümlə qarşılayır və “gəl” deyir, “o dəvə hadisəsini söylə, ya Əli”. Həzrəti Əli söylədikdən sonra da Rəsulullah belə buyurur: “Sən dalaşan iki adamın arasını düzəltdin, Allah da Cəbrayılı ilə sənə dəvəni satdı, Mikayılı ilə də səndən satın aldı. Hər kim ki, ara düzəldir, birləşdirir, nifaqı aradan qaldırır, insanları düşmənçilikdən qurtarırsa, o, məndəndir, ya Əli!” Həqiqətən də, belə bir atanın övladları heç ara qarışdırar, nifaq çıxararlarmı? Onların ikisinin də bütün həqiqətləri sadəcə birlik və tövhid üçün idi.
Cəmalnur Sarqut xanım Əfəndi Həzrəti Əlini və əhli-beytinin bu sirrini öz mürşidi Kənan Rifaidən belə öyrəndiyini söyləyir: “Həzrəti İbrahim də Beyt Əhlidir, Həzrəti İsmayıl da, bəlkə də Həzrəti Adəmdən başlamış bir şeydir əhli-beyt. Allahın Kəbəsini, Beytini tikmək onlarla başlamadımı? Beyt əhlinin ən gözəli olan Həzrəti Əli Peyğəmbərlə birlikdə o uca Kəbənin içində bütləri qırarkən Peyğəmbər Əfəndimizin o mübarək boyu bütləri qırmağa yetdiyi halda, əsası da əlində ikən Həzrəti Əlini çiyninə almaq istəmişdi. Həzrəti Əlinin sapsarı saralmış bir üzlə: “Həya edərəm, mən necə çıxa bilərəm o çiyinlərə” söyləməsini Həzrəti Peyğəmbər: “Mənim əmrim sənin ədəbindən üstündür” xitabı ilə cavablamış və Əlini çiyninə alaraq bütləri qırdırması, ömrü boyunca Əli məqamındakı çeşidli sultanların bu aləmə gələrək, içimizdəki bütləri qırdığının dəlili deyildirmi? Əsl Yezid içimizdədir, tarixdəki Yezid nəfsi-əmmarəmizin cisimləşmiş halıdır. Yezid hər istədiyini almağa adət etmiş, Hüseyn Allahın istədiyi şeyi verməyi həyat düsturu kimi qəbul etmişdir. Aradakı fərq budur. Ruh verici, nəfs alıcıdır. Nəfs ruha hakim kimi görünsə də, bu məna sonsuza qədər ruhun nəfs üzərindəki təcəllisinin ifadəsidir.
Bir bayram günü Həzrəti Həsənlə Hüseynin təzə paltar istədikləri rəvayət edilir. Peyğəmbər Əfəndimiz yoxsul, Həzrəti Əli və Həzrəti Fatimə kasıb. Cəbrayılın belə gözünü yaşardan bu istək onun iki dəst bəmbəyaz paltarı gətirib Peyğəmbər Əfəndimizə hədiyyə etməsi ilə nəticələndi. Amma uşaqlar heç məmnun qalmadılar, “kaş ki, rəngli olsaydı,” - deyə ağlamağa başladılar. Peyğəmbərimiz çaşqın halda Cəbrayıla baxdı. Həzrəti Cəbrayıl Peyğəmbər Əfəndimizə: “Su atın üzərinə, əfəndim, uşaqlar hansı rəngi istəyirlərsə, o rəngə dönəcək” dedi. Peyğəmbərimiz paltarların üzərinə bir az su atarkən Həzrəti Həsənin paltarının rəngi sarıya, Həzrəti Hüseyninki isə qırmızıya çevrildi. Cəbrayıl ağlamağa başlayır. Peyğəmbər çaşqın halda soruşur “Uşaqlar məmnundur, niyə ağlayırsan?” “Əfəndim, bu iki rəng Həsənlə Hüseynin cənnətdəki sarayları, mənaları və həqiqətləridir”, deyir Cəbrayıl və Peyğəmbərə dönərək: “Nə acı ki, Həzrəti Həsən zəhərlənərək vəfat edəcək, Həzrəti Hüseyn o biri aləmə yürüyəcək”. Həqiqətən də bu iki təcəlli bizə çox şey öyrədir. Bəlkə də cəlalın rəngidir qırmızı. Cəlalın, mərifətin, həqiqətin meydana çıxmasının, Allahın elmi ilə təcəllisinin, Allahın qüdrət və qüvvəti ilə bu aləmə təcəllisinin rəngidir qırmızı.
Peyğəmbər Əfəndimiz gözünün nuru Fatimə ilə İslamın zülfüqarı və Allahın aslanı olan bu iki göz bəbəyinə “oğlum” deyə xitab edərdi. Bir gün Fatimə gələrək Rəsulullaha üzgün bir halda: “Həsənlə Hüseyn yoxa çıxıblar” deyə fəryad edəndə Peyğəmbərimiz: “Qorxma, Allah onları qoruyur”, - buyurdu, amma bütün Mədinə də onların axtarışına səfərbər oldu. Nəhayət, onları Bəni-Nəccarın heyvanlarının axurlarında tapdılar. İkisi də orada yatırdı. Bir mələk qanadının birisini onlara döşək, birisini də yorğan etmişdi. Peyğəmbərimiz onları oyatmağa qıymır, bir onu öpür, bir bunu öpürdü ta oyanana qədər. Oyananda da hərəsini bir çiyninə aldı. Həzrəti Əbubəkir: “Ya Rəsulullah, heç olmasa, birini verin, biz aparaq”, - buyurdu. “Xeyr, ikisini də mən aparacağam”. Həzrəti Əbubəkir dedi: “Nə möhtəşəm minikdir sizin miniyiniz, Rəsuli Əkrəm, Kainatın Əfəndisi sizi aparır”. Həsrəti Rəsul buyurdu: “Amma onlar da çox möhtəşəm sərnişinlərdir”. Allah-Təalanın tərtəmiz yaradıb, o cür yaşatdığı və dinin təməli olan ədalət prinsipi uğrunda şəhidlərinin sırasına qatdığı Əhli-Beytin bu böyük imamlarını sevmək, onların eşqi ilə yanmaq, onların yolu ilə getmək bu əziz milləti dünyanın əfəndisi halına gətirmişdir. Yıxıldığımız yerdən yenidən qalxmanın Yeganə yolu da budur: ədalət prinsipinə sarılmaq, mərhəmətli olmaq və Yezidin deyil, Hüseynin çağırışına qoşulmaq...


Sadık Yalsızuçanlar
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Cəza cinayətə uyğun olmalıdır
 » Hər kəsin haqqını versək...
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Hələ ki...
 » Hər zamankından daha çox möhtacıq
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Çırılçılpaq Avstriya
 » Qasırğa deyil, tale quşu vurdu
 » Yaşa görə siqaret!
 » Ayaqsız atlet Olimpiyadada yarışacaq
 
 Turan OSMANLI
  "Santa Klaus" xəstəliyi
  Saxta babaların bayramları...
 
 Vüsalə ÇİNGİZ
    Şər deməsən xeyir gəlməz!
 Bəhruz NAĞI
    Hər anın öz hökmü var
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Hansı ölkədə yaşamaq daha təhlükəsizdir
 
ABŞ
Böyük Britaniya
İsveçrə
Azərbaycan
İran
Rusiya
Afrika ölkələri
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.