| |
Geri |
|
| |
 |
Ekoloji standartlaradan kənar maşınlar ölkəyə buraxılmayacaq
09.03.2008 03:06:56
Ekoloji standartlara cavab verməyən maşınlar Azsərbaycana buraxılmayacaq
|
|
| |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yolla ekologiya sahəsində Avropa standartlarına yaxınlaşmaq niyyətindədir . Bakının ekoloji vəziyyəti orta səviyyədədir. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmalardan sonra gəldiyi qənaətdir. Nazirliyin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadənin sözlərinə görə ekoloji vəziyyətin qiymətləndirilməsinin bir neçə kriteriyası var. Bunlar atmosferin və su ehtiyatlarının mühafizəsi, torpağın çirklənmə səviyyəsi və tullantıların miqdarıdır. Şöbə müdirinin sözlərinə görə, son illər atmosferə buraxılan zərərli qazların həcmi azalıb.
Hazırda atmosferə buraxılan zəhərli qazların yarısından çoxu avtonəqliyyat vasitələrinin payına düşür. Bu sırada SSRİ dövründən istehsal olunan maşınlar, xüsusilə də vaz 21 07-lər öndə gedir. Avtomobillərin atmosferi çirkləndirməsinin həcmini azaltmaq üçün ekologiya və təbii sərvətlər nazirliyi tədbirlər planı hazırlayır. Planda ekoloji standartlara cavab verməyən maşınların ölkəyə buraxılmaması da nəzərdə tutulur. Paytaxtın ekologiyasının ən ciddi problemi isə torpaqların neftdən çirklənməsidir.
150 ildən artıqdır ki, Bakıda neft çıxarılması torpaqların çirklənməsinə gətirib çıxarib. İstər Çar Rusiyası, istərsə də SSRİ dövründə neftin çıxarılması zamanı heç bir ekoloji normalara riayət olunmaması Abşeron yarımadası və Bakı buxtasında neftlə çirklənmiş torpaqların sahəsini xeyli genişləndirib. Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident İlham Əliyevin imzaladığı tədbirlər planında əsas yeri də məhz elə neftlə çirklənmiş ərazilərin təmizlənməsi tutur.
Torpaqların neftdən təmizlənməsi proqramını həyata keçirən dövlət neft şirkəti çirklənmiş ərazilərin elektron xəritəsini hazırlayır. Bundan əlavə, neftlə çirklənmiş torpaqların rekultivasiyasını və Bakı buxtasında su altında olan platformaların qaldırılması işini həyata keçirir.Paytaxtın ekoloji tarazlığını pozan həm də tikintilərin ətrafa buraxdığı toz və zibildir. Hündürmərtəbəli binaların baş plana riayət edilmədən tikilməsi havanın sirkulyasiyasına mane olur. Digər tərəfdən şəhərin inkişafı artıq paytaxtda yeni zibil emalı zavodunun tikintisinə tələbat yaradır. Belə müəssisənin Balaxanıda tikilməsi planlaşdırılır.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|