| |
Geri |
|
| |
|
“Əbu Bəkr”dəki cinayət barədə film
09.10.2008 18:04:34
“Əbu Bəkr”dəki qanlı cinayət barədə film bu gün göstəriləcək |
|
| |
Bu il avqustun 17-də Bakının Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkr” məscidi adı ilə tanınan “Cümə” məscidində törədilən terror hadisəsi ilə bağlı 50 dəqiqəlik sənədli film hazırlanıb.
Lent.az-ın məlumatına görə, “Qartalın caynağı” adlanan filmdə terror aktının üstünün tezliklə açılması üçün qəddar əməli törədənlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər, şahidlərin və cinayəti törətməkdə təqsirləndirilən şəxslərin geniş ifadələri və digər mühüm məqamlar yer alıb.
Film bu gün ilk dəfə Az.TV-də nümayiş olunacaq.
Məscidə atılan əl qumbarasının partlaması nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|