| |
Ermənilər cəbhə xəttinin bir neçə istiqamətində atəşkəs rejimini yenidən pozub. Düşmən gecə Saatlarında Goranboyun Tapqaraqoyunlu, Tərtərin Qızıl Oba, səhərə yaxın isə Ağdamın Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən milli ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Ermənistan ordusu martın 7-də axşam saatlarında da Füzulidə yerləşən adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qərvənd kədlərindəki mövqelərdən üzbəüz, Ermənistanın Berd rayonundakı adsız yüksəkliklərdən və zinarlı kəndindəki mövqelərdən isə tovuzun Ağdam və Koxa Nəbi kəndlərindəki Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Bütün hallarda düşmənə layiqli cavab verilib.
|