| |
Geri |
|
| |
 |
Dostluq
15.12.2007 13:24:39
İndi bir qıza ziyan gəlsə gəlsə o yaşda kişilərdən gələr. |
|
| |
Dostluq. Bilmirəm bəlkə də bizim dədə-babalarımızın zamanında dostluq sözü özünün əsl mənasında işlənirdi. İndi işlənmir. Məktəbi bitirmək, azad həyata atılmağı hamımız istəyirik. Səhv edirik. Qayğısız illərimizin qədrini bilmirik. İnsan övladı həmişə belədir. Əlində olanın dəyərini onu itirdikdən sonra anlayır. Elə mən də hər addım başı nəfsinə yenilən insanlardanam bəlkə. Bəlkə də yox. Yanılanlardanam. Məktəbi bitirdikdən sonra hər şeyin daha yaxşı olacağını düşünmüşdüm. Səhv düşünmüşəm. Əvvəldə dediyim daha da azad olmaq fikri mənlik deyildi. Heç vaxt qadağa altında olmamışam. Universitet illərimi məktəb illərimlə müqayisə etsəm..... Edə bilmərəm. Və belə görürüəm ki, bundan sonra o gözəl illərimi başqa heç bir illə müqayisə edə bilməyəcəyəm də. Sizdə elə təsəvvür yaranar ki məktəb illərimdən sonra hər şey pisə doğru getdi. O zaman mən sizi yanıltmış olaram. Allaha şükürlər olsun universitetim, işim var. Yəni həyatımda hər şey öz axarında ən yaxşı şəkildə gedir. İşin pis tərəfi isə mən artıq uşaq deyiləm, əsası isə ətrafımdakılar uşaq deyillər. Məktəb vaxtlarında insanların pis üzünü görmürük. Bəlkə olmur, bəlkə də başımız uşaqlığımıza o qədər qarışır ki, fərqinə varmırıq. Düzdü indi 6-7-ci sinifdə oxuyan uşaqlar bizim bildiyimizdən daha şox bilirlər. Mən onlar yaşda olanda rüşvət sözünün mənasını bilmirdim, indikilər rüşvəti öz əlləri ilə verirlər. Dövran da dəyişib. Nəisə söhbəti çox uzadıram deyəsən. Mənim mövzum dostluqdur. Əslində dost bir insanın həyatda sahib ola biləcəyi ən dəyərli və əvəzolunmaz varlıqlardan biridir. İndi isə bunu görəsən hamı başa düşür? Yox. Qətiyyən. Böyüklərimiz oğlanla qızın arasında dostluq olmaz demişlər. Bir baxımdan tamamilə düz demişlər. Bunu deyirəm lakin indi mənim dost dediyim oğlanlar var. Maksimum desəm 2-3 nəfər. Düşünəcəksiz bəs deyirdin düz deyiblər. O sözümün üstündəyəm. 9-cu sinifdən işimlə əlaqədar ətrafımda demək olar ki, heç qız olamyıb. Aktiv işlər Azərbaycan xanımlarının əksəriyyəti üçün deyil. Yəni ətrafımdakı oğlanlardan belə demək mümkündürsə ələnib qalanlar 2-3 nəfərdir. Təbii ətrafında olan hər kəsə də dost gözüylə baxmırsan. Bu artıq başqa bir məsələ. Dostluğa namizəd kimi baxdıqlarımın hərəsi ilə bir səbəbdən dostluğumuz alınmadı. Yəni faiz etibarilə baxsaq oğlanla qızın dost ola bilməmə şansları 90-dan yuxarıdır. Bu məsələ belə. Qızalara məsləhətim. Daha doğrusu buna məsləhət deməyim. Yaşım o qədər də böyük deyil. Xəbərdarlıq deyim mən buna. Hər hansı bir yerdə sizə təklif edirlər ki, keçin əyləşin. Boş yerin biri cavan oğlanın digəri isə xeyli yaşlı kişinin yanıdır. Nə badə “atam yaşda insandır” fikirləşib kişinin yanında əyləşəsiz. Çünki indi bir qıza ziyan gəlsə gəlsə o yaşda kişilərdən gələr. Mən bu mövzuya oturmaq mənasında toxundum, siz artıq bu məsələni daha böyük bir anlamda başa düşün. Yəni etibar edəndə öz yaşıdınız daha məqsədəuyğundur. Düşünəcəksiz bunun dostluğa nə dəxli. Bu yaxınlarda tanıdığım bir qıza atası yaşda dediyi bir kişi dostluq təklif edib. Bəli düz oxuduz. Dostluq. Hərə öz çirkin əməlinə dostluq sözünü alət edir. Utanmazlar. Qız bunu heç kəsə deyə bilmirdi ki, insanlar fkirləşəcək sən ona nə üz gostərmisən ki, o da sənə bunu deyib. Bəli bunu hamı asanlıqla söyləyə bilər. Gəlin başqa bir aspektdən baxaq. İnsan kiməsə pis gözlə baxmaq istəyirsə və ya baxırsa qarşısındakı nə qədər yaxşılıq edirsə etsin o bunu sanki görmür. Oğlanların da bəzi dost dedikləri insanlar onları nəyə sürükləyir bunu oğlanlar məndən yaxşı bilər. Dostluğun yerdən-yerə vurulduğu başqa bir hal. Oğlan qıza sevgilik təklif edir. Qız qəbul etmir. İkinci cümlə “onda gəl dost olaq” olur. Əşi adama deyərlər nə dostluğu? Sən bir qıza artıq başqa bir gözlə baxmısansa ondan sonra sizin aranızda hansı dostluqdan söz gedə bilər axı? Bu mövzu ətrafında danışanda həyatında heç kəsə dost deməyən bir rəfiqəm mənə “Vüska dostluq gəl dost olaq deməklə başlamır ki, o öz-özlüyünə yaranır” Çox düzgün fikirdir. Dostluq həqiqətən də gəl dost olaq deməklə başlamır. Özünüzü indiki “dostluq”lardan qoruyun.
Vüsalə Çingiz
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|