| |
Dəridə dartılmalar demək olar ki, hamiləlik vaxtı bir çox qadınlarda üzə çıxır. Bəzi qadınlarda çox, digərlərində isə az formada. İlk öncə qeyd etmək istəyirəm ki, dəridəki gənəlmələr sadəcə kosmetik nöqsandır, bu səbəbdən onun sağlamlıqa heç bir zərəri yoxdur. Hamilə qadınlardan başqa dərdə genəlmələr gənc və yeniyetmə qızlardada üzə çıxır, bunun yaranmasının səbəbi sürətli arıqlama və ya əksinə kökəlmə nəticəsində baş verir. Dəridə dartılmalarla onları ilk gördüyünüz anda mübarizə etmək lazımdır. Dartılmanı azad olmaq üçün müxtəlif kremlərdən, xüsusi masajlardan istifadə etmək lazımdır. Bundan əlavə xüsusi kimyəvi pilinq və lazer proseduraları tövsiyə olunur. Amma bu prosedurların hər biri mütləq sürətdə həkim-dermotoloq kosmetoloqların nəzarəti altında olmalıdır.
Ülkər Şahinqızı
|