Bakıxanov qəsəbə sakini Sahilə Əliyeva yaşadığı mənzildə dəm qazından boğularaq ölüb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları ona ilkin yardım göstərsələr də həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.