Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Daşınmaz əmlak 3,2 faiz bahalaşıb

13.02.2008 20:24:13

Yanvarda daşınmaz əmlak 3,2 faiz bahalaşıb
  Ötən ay paytaxtda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri isə yanvar ayında 1028 dollar təşkil edib.
2008-ci ilin yanvarında Bakıda daşınmaz əmlak üzrə təkrar bazarda qiymətlərin artımı ötən ilin dekabr ayına nisbətən 3,2% təşkil edib. Bu barədə daşınmaz əmlak bazarının öyrənilməsi ilə məşğul olan və bazardakı vəziyyətlə bağlı aylıq təhlil dərc edən “Daşınmaz əmlak bazarının iştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Birliyin ekspertlərinin məlumatına görə, ümumilikdə təkrar bazarda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri yanvar ayında 1,577 min dollara çatıb.“Daşınmaz əmlak bazarında formalaşan yüksək qiymətlər bazardakı fəallığı əsaslı şəkildə azaldıb”,- deyə birliyin nümayəndəsi bildirib.
Yanvarda təkrar bazarın təkliflər portfelində yeni binaların payı 22,2% təşkil edib. Bakıda bu cür mənzillərin orta qiyməti 106,283 min dollar, orta yaşayış sahəsi 77 kv. metr təşkil edib.
Daşınmaz əmlakın ilkin bazarında təkliflər portfelində azalma müşahidə olunub. Bir sıra tikilən evlərdəki mənzillərin satışı məhdud xarakter daşıyıb. Yanvarda qiymətlər 0,3% artıb. Paytaxtda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri isə yanvar ayında 1028 dollar təşkil edib.
Yanvarda şəxsi evlərin orta qiyməti 1,6% azalaraq 226,724 min dollar və ya 1 kv. metrə 1453 dollar təşkil edib. Bu evlərin həyatyanı torpaq sahələrinin orta sahəsi 4,8 sot, yaşayış sahəsi 156 kv metr, otaqların orta sayı 4,1 təşkil edir. Qiymətlərin bu cür azalması qeyri-mövsümü aylarla əlaqədar bazarda fəallığın zəifləməsi ilə bağlıdır.
Yanvar ayında Bakıda torpaq bazarında qiymətlər dekabr ayına nisbətən 0,8 % azalıb. Torpağın 1 sotu orta hesabla 23,125 min dollar olub. Ötən ay ərzində mənzillərin kirayəsi üçün qiymət indeksi 0,7% artıb. Qeydə alınan orta kirayə haqqı hər mənzilə görə 685 dollar təşkil edib.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » «Azərbaycanın 150-200 illik neft ehtiyatı var»
 » Azərbaycana taxıl idxalı bərpa edilib
 » «Bu il ölkədə meyvə-tərəvəz bol olacaq»
 » "Lampa zavodu"nun səhmdarları divident ala bilmirlər
 » «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»
 » Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolunda tikinti işlərinə başlanacaq
 » Neft qiymətləri yenə bahalaşıb
 » Qiymətlərin bahalaşması ölkədə infilyasiyanı artıra bilər
 » Çində baş vermiş təbii fəlakət neft qiymətlərini yenidən artırıb
 » BMT ərzağın bahalaşmasının qarşısını almaq üçün işçi qrup yaradır
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Millət necə tarac olur, olsun...
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
İqtisadiyyatımızın inkişafına mane olur
 
Əsas diqqətin neft sektoruna yönəlməsi
Gömrük rüsumlarının çox olması
Kənd təsərrüfatının inkişafının ləngiməsi
Monopoliya
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.