| |
Geri |
|
| |
 |
«Dalğa»çılar aksiya keçiriblər
22.05.2008 16:35:07
«Dalğa»çılar Ombudsman Aparatının qarşısında Mirzə Sakitlə bağlı aksiya keçiriblər |
|
| |
Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini həbsdə olan jurnalist Mirzə Sakitin vəziyyətinə yönəltməkdir
«Dalğa» Gənclər Hərəkatının üzvləri «Azadlıq» qəzetinin həbsdə olan müxbiri Mirzə Sakitlə bağlı «Mirzə Sakitə sahib çıxın» adlı növbəti aksiyasını Ombudsman Aparatının qarşısında keçirib. İcazəsiz keçirilən aksiya zamanı ağ parçaya bükülmüş və Mirzə Sakiti əvəz edən hərəkat üzvlərindən biri Ombudsman Aparatının qarşısında uzadılıb. Digər üzvlər isə «xəstə»nin başına toplaşıblar.
Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini həbsdə olan jurnalist Mirzə Sakitin vəziyyətinə yönəltməkdir. Qeyd edək ki, artıq bir həftədən çoxdur ki, Mirzə Sakitin səhhətində ciddi problemlər olmasına bax, onun durumu ilə maraqlanılmadığı bildirilir. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|