| |
Geri |
|
| |
 |
Corc Buşun Ukraynaya səfəri başlayıb
02.04.2008 01:28:29
Corc Buşun Ukraynaya səfəri başlayıb
|
|
| |
Ukraynada səfərdə olan Birləşmiş Ştatların prezidenti Corc Buşun səfərinin rəsmi hissəsi yerli vaxtla saat 9-da başlayıb. Ukrayna prezidentinin iqamətgahı önündə qarşılanma mərasimi keçirilib. Amerika və Ukrayna prezidentləri prezidentin qəbul evində təkbətək görüş keçiriblər. Artıq geniş formatlı danışıqlara başlanılıb. Danışıqlar bitdikdən sonra ikitərəfli əməkdaşlığın prioritetlərini müəyyən edən yol xəritəsi adlı sənəd imzalanacaq. Corc Buş baş nazir Yuliya Timoşenko və müxalifət lideri Viktor Yanukoviçlə də görüşəcək. Daha sonra prezidentlər görüşün nəticələri ilə bağlı jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Saat 17–də isə Ağ ev rəhbəri Borispol hava limanından Rumıniyaya yola düşəcək.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|