| |
Geri |
|
| |
 |
Çinlilər yenidən Olimpiya məşəlini alovlandırırlar
22.05.2008 12:59:55
Çində 40 minlik zəlzələ qurbanları üçün üçgünlük ümummilli matəm elan olunması ilə əlaqədar olaraq, təxirə salınan Olimpiya məşəli estafetini yenidən yandırdılar. |
|
| |
Təbii fəlakət təkcə estafetin vaxtını deyil, həm də onun marşrut və iştirakçılarının sayını da dəyişdirmişdi. Yeraltı təkanlarla dağıdılmış Sıçuan əyalətinə məşəl avqustda, Olimpiadanın açılışı ərəfəsində gətiriləcək. Bu gün Çində dağıdıcı zəlzələnin qurbanlarına həsr olunan ümummilli matəm günü ilə əlaqədar olan üçgünlük fasilədən sonra Olimpiya alovunun estafeti yenidən yandırıldı. Məşəl Çinin Çjeçzyan əyalətinin Ninbo liman şəhərində təxminən 40 min zəlzələ qurbanı üçün sükut dəqiqəsindən sonra başlandı. Sonra isə məşəl şəhərin əsas mədəni və tarixi diqqətəlayiq yerləri boyunca hərəkətə başladı. Ölkədə bayram kimi nəzərdə tutulan, xalqı Pekin Olimpiadasına səsləyən Olimpiya alovunun marşrutları zəlzələdən sonra ölkənin vahidlik simvoluna çevrildi. Yürüş təşkilatçıları hesab edir ki, “Olimpiya alovunu qarşılamaq - bütün Çin sakinləri üçün əvvəlki kimi bayram olacaq. Müqəddəs alov estafeti sevgi estafeti olmalıdır”. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|