| |
Urumçi şəhərində isə Pekin olimpiadasına mane olmaq istəyən terrorçular məhv edilib. Çində təyyarə vasitəsilə terror aktı həyata keçirilməsi cəhdinin qarşısı alınıb. Ölkənin şimal-qərbindəki Sinzyan əyalətinin qubernatoru Nyuyer Baykeli bildirib ki, Lançjou şəhərinin hava limanına China Southern aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib. Qubernator bildirib ki, Urumçidən Pekinə uçan təyyarə vasitəsilə qaza törədilməsinə cəhd göstərilib. O, ətraflı məlumat verməsə də bildirib ki, terror aktına hazırlığı təyyarənin uçuş heyəti üzə çıxarıb və qarşısını alıb. Reuters agentliyinin məlumatına görə, təyyarənin ayaqyolunda partlayıcı materiallar tapılıb. Məlumatda deyilir ki, təyyarə məcbukri eniş etdikdən sonra sərnişinlərdə azı ikisi saxlanılıb.
Çin Kommunist Partiyasının Sinzyan vilayət şöbəsinin nümayəndəsi Van Letsyuan isə Pekin Olimpiadası zamanı terror aktı törədilməsinə hazırlıqla bağlı məlumat verib. O bildirib ki, ölkə polisi terrorçuları məhv edib. Van Letsyuanın sözlərinə görə, Urumçi şəhərində aparılmış reyd zamanı terrorçuların olimpiadanı pozmaq niyyətində olduğunu sübut edən sənədlər tapılıb.
|