| |
Geri |
|
| |
|
Çində sudan 450 nəfər zəhərlənib
11.10.2008 22:42:29
Çində tərkibində kimyəvi maddə olan sudan 450 nəfər zəhərlənib
|
|
| |
Kimyəvi mettallurgiya zavodunun suyu arsenlə çirkləndirməsi zəhərlənməyə səbəb olub.
Çinin cənubunda tərkibində arsen kimyəvi maddəsi olan sudan zəhərlənənlərin sayı 450 nəfər olub. Zərərçəkmişlərin 23-ü 7 yaşına çatmayan uşaqlardır. Hazırda zəhərlənmiş insanlara tibbi yardım göstərilir, rayona içməli su daşınır.
Quansi-çujuan vilayətinin sakinləri ötən həftədən etibarən ürək bulanması, üz nahiyəsindəki şişlərdən və görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkdiklərini bildiriblər. Analizlərin nəticələri onların qanında küllü miqdarda arsen maddəsinin olduğunu aşkar edib. Araşdırmalar zəhərlənmənin əsas səbəbinin kimyəvi mettallurgiya zavodunun suyu çirkləndirməsi olduğunu göstərib.
Yaxınlarda Çində uşaq yeməklərindən də kütləvi zəhərlənmə faktı qeydə alınmışdı.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|