| |
Çində yanacağa olan təlabatın artması, eləcə də çatdırılmada baş verən ləngimələr qara qızılın qiymətinin mütamadi orlaraq qalxmasına səbəb olub. Belə ki, dünya bazarında neftin qiyməti 127 dolları kecib. Blumberq agentliyinin məlumatına gorə, qara qızılın qiyməti 1 gündə 3 dollar qalxaraq 127 dollar 82 sentə catıb. Xarici iqtisadçı eksperlərin fikirincə enerji daşıyıcıların bahalaşmasına Çində dizel yanacağına tələbatın artması təsir edib. Belə ki, zəlzələdən sonra bu ölkədə elektrik catışmazlığı səbəbindən enerji stansiyalarının işləməsi üçün dizel yanacağı tələb olunur. Dunyanın nüfuzlu investisiya şirktlərindən olan “Goldman saks” ilin ilk yarımilliyi ucun neftin qiymət proqnozunu 141-dollara qaldırıb.
Xatırladaq ki, bundan əvvəl şirkət neftin 107 dollara qədər bahalaşacağını bildirmişdi. Bu dəfəki bahalaşmaya dolların ucuzlaşması da təsir edib. Qeyd edək ki, hazırda 1 avro 1 dollar 55 sentdən də baha dəyişdirilir. Dünya bazarında Qızılın bir unsiyasının qiyməti isə 900 dolları keçib. |