| |
Geri |
|
| |
 |
Çeçenistanda zəlzələ baş verdi
12.10.2008 03:58:03
Bu gün Şimali Qafqazda zəlzələ baş verib. Episentri Çeçenistan ərazisində olan zəlzələdə 12 nəfər ölüb, 116 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
|
|
| |
Zəlzələ Şimali Osetiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Stavropol bölgəsində, Cənubi Osetiya və Gürcüstanda da hiss olunub. Zəlzələnin episentrinin Qudermesin 15 kilometr şimalında, 10-12 kilometr dərinlikdə olduğu bildirilib. Episentrdə təkanların gücü Rixter şkalası ilə 5,5 bal olub. Təkanlar ard-arda iki dəfə olub. Hazırda Çeçenistanın Səhiyyə Nazirliyi hadisə nəticəsində 12 nəfərin ölməsi barədə məlumat verib. Fövqəladə Hallar Nazirliyi isə ən son 6 nəfərin ölməsi, 116 nəfərin müxtəlif bədən xəsarətləri aldığını bildirib. Təkcə Qudermesdə xəstəxanalara 60-a qədər insan yerləşdirilib.
Hazırda xilasetmə işləri aparılır. Xilasetmə işlərinə Rusiya FHN-nin bölgə üzrə koordinatorluğu nəzarət edir.
Çeçenistan ərazisindəki bütün rayonlarda evlər və obyektlər zərər çəkib. Zəlzələdən ən çox zərər çəkən rayonlar isə Kurçaloyev rayonu və Qudermesdir. Təkcə Qudermesdə 7 çoxmərtəbəli bina zəlzələdən ciddi ziyan çəkib.
Bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb.
İnquşetiyada isə zəlzələ Rixter şkalası ilə 3,5-4 bal gücündə hiss edilib. Burada bir neçə köhnə məktəb, yaşayış evi və çoxmərtəbəli bina təkanlardan zərər çəkib. Lakin hadisə nəticəsində yaralanan və ölən olmayıb.
Kabardin-Balkarda zəlzələ 2-2,5 bal gücündə hiss olunub. Rusiya FHN-nin yerli bürosundan bildirilənə görə, burada dağıntı baş verməyib, həmçinin ölən və xəsarət alan olmayıb. Sadəcə, dərslərin ikinci növbə keçirildiyi bir neçə məktəbdə təkanlar hiss edilərkən, şagirdlər arasında panika yaşanıb.
Təkanların hiss edildiyi digər bölgələrdə də ciddi dağıntılar və zərər çəkənlər olmayıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|