| |
Ermənistan silahlı qüvvələri aprelin 25-i günorta saatlarından başlayaraq bu gün səhərə qədər atəşkəs rejimini pozub. Erməni silahlı qüvvələri Ermənistanın Berd, Krasnoselsk və Noyemberyan rayonları sahəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz, Gədəbəy və Qazax ərazisindəki mövqelərini, həmçinin Tərtərin Çiləbürt, Ağdamın Mərzili kəndləri yaxınlığında, Xocavəndin adsız yüksəklikləri və Kuropatkino kəndində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur. |