| |
Geri |
|
| |
 |
Buşdan xalqa: "Narahat olmayın"
11.10.2008 21:46:28
ABŞ prezidenti Corc Buş, hökumətin mövcud maliyyə böhranına qarşı güclü tədbirər gördüyünü və krizisdən çıxılacağını bildirərək, xalqdan narahat olmamalarını istədi. |
|
| |
Ağ Evdə Amerika xalqına xitab edən Buş, xalqın əksəriyyət hissəsində iqtisadi vəziyyətləri, investisiyaları və təqaüd xərcləri ilə bağlı narahatlıq olduğunu və bu narahatlığın "başa düşülən" olduğunu söylədi. ABŞ-ın əlində böhrana qarşı istifadə edə biləcəyi bir çox mexanizm olduğunu bildirən Buş, bunların fəaliyyətdə olduğuna işarə etdi. Buş bundan başqa, ABŞ-ın dünyadakı digər ortaqları ilə krizisin həlli istiqamətində birlikdə çalışdığını qeyd etdi. ABŞ prezidenti, həm investorlar, həm də xalqda yaranan "ifrat narahatlığın", iqtisadi böhranı daha da pisləşdirəcəyi xəbərdarlığını etdi. Buş, "ABŞ hərəkətə keçmiş vəziyyətdədir. Bu krizisdən çıxmaq və bazarlarımıza sabitliyi yenidən qaytarmaqda qərarlıyıq. Bu böhrandan çıxa bilərik və çıxacağıq" dedi. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|