| |
Bu, 215 saylı yarımstansiyanın 110 kilovolta keçirilməsi ilə əlaqədardır. Bu gün 10:00-dan 18:00-a, 23 fevral tarixində isə saat 09:00-dan 16:00-a qədər Bakı şəhəri Xətai, Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaranacaq. “Bakıelektrikşəbəkə” ASC-dən verilən məlumata görə, bu, 215 saylı yarımstansiyanın 110 kilovolta keçirilməsi ilə əlaqədardır. Yaranmış narahatçılığa görə, “Bakıelektrikşəbəkə” ASC abonentlərindən üzr istəyir.
|