| |
«İndi Bakıda küləyin sürəti saniyədə 26 metrə çatır və bu, hələ maksimum deyil. Gecə sürət 30 metrə qədər qalxacaq». Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometerologiya Departamentinin rəis müavini Umayra Tağıyeva bildirib.
U.Tağıyevanın sözlərinə görə, sabah günorta saatlarında külək səngiyəcək və vəziyyət normallaşacaq. «Biz vəziyyətin belə olacağı barədə bütün təşkilatlara xəbər vermişik ki, hazırlıqlı olsunlar»,- deyə o vurğulayıb.
U.Tağıyeva həm də aprelin 24-də və 25-də havanın anomal isti keçdiyini bildirib: «Aprelin 24-də temperatur 31 dərəcəyə kimi və bu gün 28 dərəcəyə kimi qalxmışdı ki, bu da mövsüm normalarından 6 dərəcə çoxdur. Sabah isə temperatur normal olacaq və 23-24 dərəcədən yuxarı qalxmayacaq». |