Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Bu, qədərdir, qaçmaq olmaz

22.05.2008 17:35:34

Min illərin mövzusundan danışaq, taledən, qəzavü-qədərdən. Hər kəs doğulanda bir yazı ilə doğulur, hər yazı bir ömrün xəritəsidir. Bizə bəlli olmayan, ağlımıza gəlməyən yollardan keçib, ölüm adlı bir sonluğa doğru gedirik. Bəzən fərqli davranırıq, özümüzə, sözümüzə yaraşmayan, uyuşmayan işlər görürük və elə düşünürük ki, çaşdırdıq taleyi. Amma ağlımıza da gəlmir ki, elə o çaşqınlıq da bizim taleyimiz imiş. Hər kəs alnındakını, qismətindəkini yaşayır. Kimsə o xətdən çıxmadı, çıxa da bilməz. O qədər söhbətlər var, o qədər maraqlı məsələlər var bu mövzuda ki, düşündükcə düşünürsən. Biz də həmin misallardan birisini danışmaq istəyirik sizlərə.
  Bir nəfər təlaşla, həyəcan içində özünü Süleyman Peyğəmbərin (ə.s.) hüzuruna yetirir. Tir-tir titrəyirdi, sifətinin rəngi qaçmış, dodaqları qurumuşdu. Elə bil aslan ağzından qurtarmışdı.
Həzrəti Süleyman:
- Bu nə haldır, nə olub sənə? - soruşur.
Adam da həyəcan içində, təntiyərək belə cavab verir:
- Əzrail qarşıma çıxdı, mənə çox qəribə, bir qədər də qəzəblə baxdı. Elə baxdı ki, bütün vücudum qorxudan tir-tir titrədi. Dayanmadan qaçıb sənin yanına gəlmişəm.
Həzrəti Süleyman soruşdu:
- Yaxşı, bəs məndən nə istəyirsən?
Adam belə dedi:
- Sən adil padşahsan, küləyə əmr elə ki, məni Hindistanın uzaq bir adasına aparsın. Bəlkə, orada Əzraildən canımı qurtaram.
Həzrəti Süleyman onun xahişini yerinə yetirdi və külək o adamı götürüb Hindistanın uzaq bir adasına apardı. Növbəti gün Həzrəti Süleyman şikayətçiləri qəbul edərkən Həzrəti Əzraili gördü və ondan soruşdu ki, dünən o adama niyə elə qəzəblə baxıb.
Həzrəti Əzrail belə dedi:
- Ey Allahın şanı, Uca Peyğəmbəri, mən o adama qəzəblə baxmadım. Sadəcə, onu görəndə çox təəccübləndim. Çünki Cənabi-Allah mənə belə əmr etmişdi: “Get filan qulumun canını Hindistandakı filan adada al”. Mən də onu burada görəndə heyrətə düşdüm ki, bu adamın yüz qanadı olsa da, yenə bu gün Hindistana yetişə bilməz. Ona görə də çox təəccüblənmişdim. Amma Allah-Təalanın mənə buyurduğu həmin adaya getdim, adamı orada tapdım və canını aldım.
Hə, oxucu dostum, qədərdən qaçmaq olmur. O qaçmağın özü elə qədərin bir naxışı imiş.

Zaman
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Elm də “Amin!” dedi
 » Ah bu kor inad, kor inad
 » Yuxularınızı hər kəsə danışmayın
 » İnsan üzlü balıq tutuldu
 » Tazmaniya adasında 64 balina intihar etdi
 » Divarda boş məzar yeri
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.