| |
Geri |
|
| |
|
Braziliya polisi 11 nəfəri güllələyib
26.04.2008 14:03:01
Rio-de-Janeyro şəhərinin kənarında cinayətkarların toplaşdığı ərazidə reyd keçirilib
|
|
| |
Braziliya polisi aprelin 25-də Rio-de-Janeyro şəhərinin kənarında cinayətkarların toplaşdığı ərazidə reyd keçirib. Reyd zamanı 11 nəfər öldürülüb.
Öldürülənlərdən 10 nəfəri narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinənlərdir. Onlardan biri Corci Ferreyra polis tərəfindən cinayətkar dəstənin başçısı kimi tanınıb. Polislər arasında yaralanan və həlak olanlar barəsində heç bir məlumat yoxdur.
Rio-de-Janeyro dünyanın ən kriminocen şəhərlərindən biri sayılır. Bu şəhərdə tez-tez polis əməkdaşları və cinayətkarlar arasında atışmalar olur. 2007-ci ildə Rio-de-Caneyroda hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı müqavimət zamanı 1200 nəfər həlak olub. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|