| |
Geri |
|
| |
 |
BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı qərar qəbul etməyib
24.04.2008 12:35:06
Rəsmi Tiflis, Rusiya təyyarələrinin Gürcüstanın hava məkanını pozması ilə bağlı fotoşəkillər nümayiş etdirib
|
|
| |
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Gürcüstandakı vəziyyətlə bağlı heç bir qərar qəbul olunmayıb. İclasda Gürcüstanın xarici işlər naziri David Bakradze iştirak edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin jurnalistlər qarşısında çıxışında bildirib ki, BMT TŞ-nın üzvlərindən yalnız biri Abxaziya üzərində kəşfiyyat təyyarəsinin vurulması ilə bağlı Gürcüstanın mövqeyini dəstəkləyib. Jurnalistlərin «BMT TŞ-nın üzvləri Rusiya təyyarələri tərəfindən Gürcüstanın hava məkanının pozulması ilə bağlı rəsmi Tiflisin təqdim etdiyi kadrlara baxdılarmı» sualına cavabında Rusiya nümayəndəsi bildirib ki, videogörüntülərə baxılmayıb: «Yalnız uzaqdan çəkilmiş bir neçə fotoşəkil göstərildi». |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|