Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  BMT hesabatını açıqlayıb

12.02.2008 19:54:10

"Azərbaycandakı məcburi köçkünlərin 63 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır"
  BMT baş katibinin nümayəndəsi məcburi köçkünlərimizin vəziyyətilə bağlı hazırladığı hesabatı açıqlayıb.

“Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin əsas problemi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmamağıdır”. Bu fikirlər BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalinin Azərbaycana səfərinin yekunlarına dair hazırladığı hesabatda öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan insan hüquqlarına dair bir çox beynəlxalq təşkilatların üzvüdür və ölkə Konstitusiyası insan hüquqlarını, təcridxanalarda saxlanan şəxslərlə normal rəftar olunmasını, söz azadlığını təmin edir. Hökumətin insan hüquqlarının təminatı sayəsində vəziyyəti yaxşılaşdırmağa çalışdığını bildirən Valter Kalin prezident İlham Əliyevin İnsan Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı imzalamasına diqqət çəkib: “Ölkədə Ombudsman İnstitutu fəaliyyət göstərir, bu institut məcburi köçkünlərin hüquqlarının müdafiəsində əsas rollardan birini oynayır. Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi əsas problemlər məşğulluq səviyyəsinin aşağı olması, aşağı yaşayış standartları, səviyyə problemi və lazımi səviyyədə qidalanmamaqdır. Məcburi köçkünlərin işə götürülməsi, məktəbə qəbulu və onlara səhiyyə xidmətlərinin göstərilməsində müəyyən ayrı-seçkilik halları da var. Bu insanların Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi də zəif gedir. Amma bəzi pozitiv məqamlar da var. Hökumət məcburi köçkünləri vergilərdən, təhsil haqqından azad edib. Əgər 90-cı illərin əvvəllərində hökumət məcburi köçkünlərin öz yurdlarına qaytarılması barədə düşünürdüsə, 2000-ci ilin əvvəllərindən başlayaraq bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması əsas diqqət mərkəzinə çevrilib. Bu, pozitiv addımdır. Məcburi köçkünlərlə bağlı xüsusi dövlət proqramı mövcud olsa da, onların əksəriyyəti yenə də çadır şəhərciklərində və vaqonlarda yaşayırlar”. Valter Kalin hazırladığı hesabatda Azərbaycan hökumətinin minlərlə məcburi köçkün ailəsini evlə təmin etdiyini vurğulayıb: “Amma onların əksəriyyəti çox pis şəraitdə yaşamaqda davam edirlər, çox zaman 4-6 nəfərlik ailə bir otaqda yaşamaq məcburiyyətində qalır. Müsbət faktlar sırasında isə məcburi köçkünlərə məktəb və xəstəxanalarda işlə təmin olunmağa yardım edilməsini göstərmək olar, amma onlar hələ də özəl sektorda işləmək sahəsində problemlə üzləşirlər”. Məcburi köçkünlərin problemlərinin həll olunmasında Heydər Əliyev Fondu və ARDNŞ-in fəaliyyətini müsbət qiymətləndirən Valter Kalin ölkə iqtisadiyyatında ümmi daxili məhsulun həcminin artması hesabına dövlətin məcburi köçkünlərə göstərdiyi yardımların da miqdarının artdığını vurğulayıb: “Beynəlxalq təşkilatlar bu problemin həlli ilə bağlı öz aktivliyini artırmalıdır. Mən yerli əhalinin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan riqqətə gəldim. Amma məcburi köçkün uşaqlarının problemləri daha çoxdur, onlar pulsuz təhsil alsalar da, əksəriyyətinin kitab-dəftəri yoxdur”. Valter Kalin həmçinin Azərbaycandakı məcburi köçkünlərin 63 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını qeyd edib.
Valter Kalin ötən ilin martında Azərbaycanda səfərdə olub, Bakı, Sumqayıt, Sabirabad, İmişli və Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinə baş çəkib.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » «Biz müharibə partiyasıyıq»
 » AŞPA-da Azərbaycanla bağlı qalmaqal
 » Bernar Fasye: «Biz düşündük ki, bu, danışıqların sonudur»
 » Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
 » İ.Əliyev Yuliya Timoşenko ilə görüşüb
 » Milli Məclis 90 illik yubileyinə hazırlaşır
 » Q.Paşayeva seçkiləri müşahidə edib
 » Semnebi Azərbaycana səfər edəcək
 » İ.Əliyev Ərdoğanla görüşəcəklər
 » Azərbaycanın baş naziri Minskə gedib
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Avropa
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Ən sevdiyim siyasətçi
 
Elmar M?mm?dyarov
İlham ?liyev
İsa Q?mb?r
S?rdar C?laloğlu
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.