Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Bir cənnət bucağı kimi

16.09.2008 16:06:17

Kimi dindirsən, uşaqlığında şeir də yazıb, aşiq də olub. O ilk sevgi, ilk duyğu bir yaz yeli kimi başımızdan ötüb keçib, ancaq o ilıq xatirəsi ömür boyu bizimlə qalıb.

  Bəlkə də, o işin faydası, hikməti tamam başqa məcrada, başqa yöndədir. Həyatın gözəlliyini dərk etmək üçün bizə bir nemət kimi gələn o uşaq sevgisi könlümüzün ilk çiçəklənməsidir. O sevgi ilə biz həyatı sevirik, xoşbəxtliyin nə olduğunu anlamağa çalışırıq. Duyğular bizdən asılı deyil, onları bir nemət kimi Allah ruhumuza, könlümüzə yerləşdirir və biz o duyğuları yaşaya-yaşaya, onların dadını damağımızda hiss edə-edə fəsildən-fəslə, mərhələdən-mərhələyə adlayıb, ömür yolunu keçirik.
Həqiqətən də, çox az adam tapılar ki, o uşaqlıq sevgisinin dadı damağında qalmamış olsun.
Böyüyürük. Yaradılışımızın tələbi olaraq ailə qururuq. Kimisə fərqləndiririk, seçirik, onu özümüzə duyğu ortağı, ömür-gün yoldaşı edirik. Qaşa, gözə, boy-buxuna sözlər qoşulur, hamısı könül oxşamaq üçündür. Ailə sevgisi həyatımızın böyük bir hissəsini əhatə edir. Ailə insan üçün bir cənnət guşəsi də ola bilər, bir cəhənnəm çuxuru da. Səhv etmirəmsə, Hüqo deyib: “Xoşbəxt adam odur ki, səhər işinə, axşam evinə tələsir”.
Sevginin ilkinliyini, bakirəliyini, təravətini saxlamaq sevməyin özündən də çətindir. Gərək adiləşməyə, gərək təravətini itirməyə, həmişə təzə, həmişə yeni qala. Hər gün o sevgi də bizimlə yenidən doğulmuş kimi ola. O ailədə övladlar dünyaya gəlir, qayğılar, ağrılar iki dəyirman daşı arasında üyüdülən kimi o iki fərd arasında əridilir, yoxa çıxarılır. Ailə bir-birinin ağrısını, acısını azaltmaq üçündür, bir-birinə ağrı, acı çıxarmaq üçün deyil. Təbii ki, sevgi bu məsələdə çox vacibdir. Ancaq bəzən bu duyğu aparıcı olmaya da bilər. Çünki illər ötdükcə çox şey rəngini, mahiyyətini, dadını dəyişir. İnsan öz vəzifəsini anlayır, öz borcunu başa düşür və həyat yoldaşını Allahın əmanəti kimi qəbul edir. Bu düşüncəyə sahib olandan sonra o ailəyə zaval yoxdur.
Dinimizdə ailə, onun idarəçilik qanunları çox üstün tutulan mövzulardan biridir. Ailə quran fərdlər bir-birini tamamlayar, bir-birində rahatlanar, bir-biri ilə təskinlik tapar. El-obamızda deyildiyi kimi, insan bəzən öz doğma anası ilə paylaşa bilmədiyi sirrini, dərdini ailəsi ilə bölüşür. Təbii ki, tərəflər öz borclarını və vəzifələrini anlamalı və yerinə yetirməyə çalışmalıdırlar. Hər şey sevgi ilə olmur ki?! Bəzən insan bu anlayışla, bu şüurla öz vəzifəsinin, borcunun verdiyi məsuliyyət hissi ilə yaşayır və illər keçdikcə hər şey öz yerini elə rahat, elə gözəl tutur ki, hələ desən, o münasibətlərin içində sevgi adlı bir çiçək də boy verə bilir.
Peyğəmbərimiz həyat yoldaşı seçərkən onun inancını əsas götürməyi bizə tövsiyə edir. Əgər qarşı tərəf Allahı tanıyırsa, Ondan haqqı ilə həya edirsə, qorxursa, demək, izdivac xeyirli olacaq. Ən azı ona görə ki, bu, Peyğəmbərimizin buyruğuna uyğundur.
Qapını açanda, elə bil, bir cənnət guşəsinə girirsən. Təbəssümlü bir çöhrə qarşılayır səni. Salamını qəbul edir, irəli yeriyib, əlindəkiləri alıb bir tərəfə qoyur. Hər şey hazır şəkildə səni gözləyirmiş: “Yorulmusanmı? Çay gətirimmi? Acmamısan ki?”
Lap yorulmuş olsan belə, hər şey bir andaca unudulub gedəcək. Gün boyunca bu çöhrə, bu münasibət üçün darıxmısan. Bəli, belə ailə, belə bir yuva insana ancaq cənnəti xatırladır.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Elm də “Amin!” dedi
 » Ah bu kor inad, kor inad
 » Yuxularınızı hər kəsə danışmayın
 » İnsan üzlü balıq tutuldu
 » Tazmaniya adasında 64 balina intihar etdi
 » Divarda boş məzar yeri
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.