«Bilik yarışması»-nın növbəti turu Lənkəranda keçirilib
Zonalar üzrə keçirilən «Bilik yarışması»-nın növbəti turu Lənkəranda keçirilib. Cənub bölgəsinin 9 rayonunun komandasının qatıldığı intellekt yarışmasının qalibi Biləsuvar rayonu komandası olub. Turnirin 8 zona üzrə keçirilməsi nəzərdə tutulur. Ölkə turunun final yarışması fevralın 20-də Bakıda keçiriləcək.