Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Bernar Fasye: «Biz düşündük ki, bu, danışıqların sonudur»

23.05.2008 17:08:06

«ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini sülh danışıqlarına olan inamı bərpa etməyə dəvət edirlər»
  «ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini sülh danışıqlarına olan inamı bərpa etməyə dəvət edirlər».

Bunu «Azadlıq» radiosuna eksklüziv müsahibəsində fransalı həmsədr Bernar Fasye deyib. Onun sözlərinə görə, iyunun 7-də iki prezidentin Sankt-Peterburqda görüşü olacaq. Həmsədrlər dövlət başçıları arasında danışıqların yeni mərhələsini müzakirə edəcəklər. Fasye deyir ki, əgər dövlət başçıları arasında inam bərpa olunsa, bu, sülh prosesinə başlamaq üçün indikator ola bilər.

Həmsədrlər hesab edirlər ki, bu inam son bir neçə ayda pozulub. Ermənistandakı prezident seçkisindən sonra hər iki ölkə arasında atəşkəs rejiminin pozulmasının intensivləşməsi tərəfləri çox narahat edib. Bernar Fasye: «Biz düşündük ki, bu, danışıqların sonudur. Ancaq dərhal sonra prezidentlərlə təmaslarımız və nazirlərin görüşləri göstərdi ki, yeni mərhələyə başlamağa imkan var».

Bununla belə həmsədrlər istəyirlər ki, tərəflər Madrid təklifləri əsasında danışıqları davam etdirsinlər. Bernar Fasye deyir ki, bu təkliflər Azərbaycanın maraqlarını tam əks etdirir, orada mərhələli sülh planından söhbət gedir. Tam həll olmasa da, ilkin mərhələdə beş, daha sonra isə digər rayonların qaytarılmasını və gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsini nəzərdə tutur: «Əgər indi Azərbaycan beş rayonu alsa və əmin etsə ki, yeni müharibəyə başlamayacaq, o zaman Azərbaycanla Dağlıq Qarabağ birgə danışıqların davamını apara bilərlər».

Fransalı həmsədr deyir ki, Dağlıq Qarabağın gələcək statusu danışıqların ən sonuncu mərhələsi olacaq. Onun sözlərinə görə, həmin vaxta qədər Dağlıq Qarabağda müvəqqəti idarəetmə rejimi bərpa oluna bilər.

İyunun 4-5-i həmsədrlər Moskvada görüşəcəklər. Daha sonra onlar Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə bir araya gələcəklər. İki gün sonra isə həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün imkan yaradacaqlar.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » «Biz müharibə partiyasıyıq»
 » AŞPA-da Azərbaycanla bağlı qalmaqal
 » Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
 » İ.Əliyev Yuliya Timoşenko ilə görüşüb
 » Milli Məclis 90 illik yubileyinə hazırlaşır
 » Q.Paşayeva seçkiləri müşahidə edib
 » Semnebi Azərbaycana səfər edəcək
 » İ.Əliyev Ərdoğanla görüşəcəklər
 » Azərbaycanın baş naziri Minskə gedib
 » Ukrayna ilə Azərbaycan arasında 5 sənəd imzalanıb
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Avropa
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Ən sevdiyim siyasətçi
 
Elmar M?mm?dyarov
İlham ?liyev
İsa Q?mb?r
S?rdar C?laloğlu
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.