Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Bələdiyyələrdən şikayət artır

12.02.2008 18:30:19

Azərbaycanda əhalinin bələdiyyələrin fəaliyyətindən şikayətləri artır-nazir müavini
  Ötən il bələdiyyələrin fəaliyyətindən şikayətlər artıb.
«2006-cı ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayət daxil olubsa, ötən il bu rəqəm 1649 təşkil edib», - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bələdiyyələrin ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahidov bildirib.
Onun sözlərinə görə, vətəndaşların əsas şikayətləri mülkiyyət hüquqlarının pozulması və onlara qanunla verilməli olan torpaq sahələrinin əldə edə bilməmələri ilə bağlı olub.
Qanuna görə, bələdiyyələrin fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir.
Hesabatda qeyd olunub ki, 2007-ci ildə 25 bələdiyyə barəsində prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb. Həmin bələdiyyələrdən üçü ilə bağlı məhkəmə qərarı qəbul edilib, digərlərinin barəsində istintaq tədbirləri davam etdirilir. 2006-cı ildə bələdiyyələrlə bağlı 17 cinayət işi açılıb.
Cinayət xarakterli pozuntular Abşeron, Salyan, Biləsuvar, Sabiradab, Şamaxı, Qobustan və Zaqatala rayon bələdiyyələrində qeydə alınıb. Həmin bələdiyyələrin rəhbərləri - bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmazlığı, bələdiyyənin maliyyə sənədlərinin gizlədilməsi, mühasibat uçotunun qanuna zidd aparılması və bələdiyyə iclasının səlahiyyətlərinə dair məsələlərlə bağlı təkbaşına qərarlar verməkdə günahlandırılıblar.
Hesabatda qeyd olunub ki, görülən tədbirlər nəticəsində, 116 min 560 manat məbləğində vəsaitin uçotdan yayınmasının qarşısı alınıb və həmin vəsait bələdiyyələrin balansına qaytarılıb.
Bələdiyyə rəhbərlərinin cinayət xarakterli hərəkətləri nəticəsində, bələdiyyə mülkiyyətinə 253 min 639 manat məbləğində ziyan dəyib.
Araşdırmalar zamanı bələdiyyələrin 301 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 31 ha torpaq sahəsinin qanunsuz istifadəyə və 1817 ha torpaq sahəsinin qanunsuz icarəyə verildiyi müəyyənləşib və həmin qərarlar Ədliyyə Nazirliyinin tövsiyyələri əsasında, bələdiyyələr və məhkəmələr tərəfindən ləğv olunub. Bütövlükdə 2149 ha torpaq sahəsinin qanunsuz satılmasının qarşısı alınıb.
Zahidov qeyd edib ki, bələdiyyələrdə yol verilən qanun pozuntularının səbəblərindən biri də şəffaflığın və demokratik idarəçilik prinsiplərinin pozulmasıdır.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Metyu Brayza:
 » Eldar İbrahimov:
 » Fazil Qəzənfəroğlu soyadını dəyişdi
 » Berluskoni Azərbaycana gələ bilər
 » Məmmədyarov Helsinkiyə getdi
 » Sərdar Cəlaloğludan təklif
 » Qaz Sammiti nəticəsiz başa çatdı
 » Bakı merinin sonu yaxınlaşır?
 » Əliyev Ali Babacanı qəbul edib
 » Boqdan Zdroyevski:
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.