| |
Geri |
|
| |
 |
Dünyanı da idarə edə bilər
22.05.2008 13:03:14
Ağıllı robot Asimo, hünərlərinə hünər qatmaqdadır. Asimo indi də ABŞ-ın Detroyt Simfonik Orkestrinə rəhbərlik etdi. Maestro robot, daha sonra musiqiçilərlə də görüşdü |
|
| |
Dünyaca ünlü avtomobil şirkəti "Honda"nın yaratdığı Asimo adlı robot, ABŞ-ın Detroyt Simfonik Orkestrinə dirijorluq etdi. Çaşqın baxışlar altında səhnəyə çıxan Asimo, təcrübəli bir dirijor kimi orkestri idarə edincə tamaşaçılar tərəfindən ayaq üstündə alqışlandı. 22 ildir ki, orkestrdə trombon ifa edən Randall Hevs, "Belə bir şeylə tanış olmaq inanılmazdır. Texnologiya həqiqtən də insanı heyrətdə qoyur. Asimonun davranış və təbiiliyi məni heyrətləndirdi" açıqlamasını verdi. Asimo, konsertin sonunda qonaq qismində çıxış edən solo violonçel ifaçısı Yo-Yo Manın da əlini sıxçağı unutmadı. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|