| |
Geri |
|
| |
|
Bakster bizdən xal almaq istəyir
10.10.2008 18:33:53
Stüart Bakster: “Azərbaycanla oyunda imkanlardan yararlanmalıyıq”
|
|
| |
Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Stüart Bakster deyib.
55 yaşlı mütəxəssis yığmamızla sabah Helsinkidəki “Olimpiya” stadionunda keçirəcəkləri 2010-cu il dünya çempionatının seçmə qrup matçına yaxşı hazırlaşdıqlarını bildirib. Böyük britaniyalı çalışdırıcı hələ start heyəti tam müəyyənləşdirmədiyini, lakin Yanos Kolkka və Conatan Yohanssonun komandamızla görüşü buraxacaqlarını vurğulayıb.
S.Bakster 2008-ci il Avropa çempionatının seçmə mərhələsində yığmamızın Finlandiya ilə keçirdiyi hər iki matçı və builki oyunlarını izlədiyini açıqlayıb: “Rəqibin kifayət qədər oyununa baxmışam. Belə anladım ki, Azərbaycan yığmasının əsas ulduzu Elvin Məmmədovdur. Çünki Lixtenşteynlə matçda ona top gəlib çatan kimi tribunalardan alqış alırdı”.
Baş məşqçi sabahkı oyunda komandasının heyətində türk əsilli Berat Sadikin də yer almasında qeyri-adi bir şey görmədiyini bildirib: “Türk və azərbaycanlıların bir-biri ilə çox yaxın olduqlarını mənə deyiblər. Amma mən vaxtilə öz qardaşıma qarşı oynamışam. Hətta matçın gedişində dəfələrlə mübahisəmiz düşüb. Oyundan sonra isə qucaqlaşmışıq. Mən yetirmələrimi bu cür görüşlərə kökləməyi bacarıram”.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|