Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolunda tikinti işlərinə başlanacaq

22.05.2008 10:07:02

Bu barədə Dövlət Dəmir Yolu İdarəsindən məlumat verilib
  «Bu ilin iyun ayında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində ilk 8 kilometrlik hissədə tikinti işlərinə başlanacaq». Bunu Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin baş mühəndisi Qurban Nəzirov bildirib. Qurban Nəzirovun sözlərinə görə, hazırda Gürcüstan ərazisində 8 kilometrlik hissədə layihə işləri başa çatdırılıb və «Azərinşaatservis» şirkəti layihənin ekspertizadan keçməsi və təsdiq olunması üçün sənədləri «Gürcüstan Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyətinə təqdim edib.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan dəmiryolunun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştli şərtlərlə illik25 illiyə 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 milyon dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.

Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək. Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Koreya dəmir yolu şəbəkəsinə Bakı-Böyük Kəsik dəmir yolu marşrutunda sürətli qatarlar üçün xəttin çəkilməsinə dair təkliflərini təqdim edib. Qurban Nəzirovun sözlərinə görə, ötən il Koreya tərəfi bu layihə ilə bağlı Azərbaycan Dövlət Dəmir Yoluna bir neçə variant təqdim edib və Azərbaycan tərəfi artıq bu variantlardan birini seçib.

Azərbaycan sürətli qatarlar üçün xəttin çəkilməsi layihəsinin 2008-2012-ci illəri əhatə edən Azərbaycan dəmir yollarının inkişafı proqramı çərçivəsində həyata keçirilməsini təklif edir. Qurban Nəzirov onu da qeyd edib ki, yeni xətt tikiləndən sonra qatarların sürəti 100-150 km/saat təşkil edəcək.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Neftin qyiməti qalxıb
 » Neft ucuzlaşmaqda davam edir
 » Milli Bank uçot dərəcəsini azaltdı
 » Neftin qiyməti dəyişməz qalıb
 » Neftimiz 20 faizdən çox ucuzlaşıb
 » Vaqif Həsənov:
 » Ölkəyə 7200t buğda toxumu gətirilib
 » OPEK gündəlik neft hasilatını azaldır
 » İpək yolunun tikintisi gecikir
 » Azərbaycan bank sektoru təhlükədə
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.