| |
Geri |
|
| |
 |
Bakı-Tbilsi-Qars layihəsi 2010-cu ilə hazır olacaq
09.03.2008 00:37:09
Bakı-Tbilsi-Qars yeni dəmir yolu layihəsi 2010-cu ilə hazır olacaq
|
|
| |
Bakı-Tbilsi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə dövlət komissyiası və koordinasiya şurasının iclası sona çatıb. Azərbaycan, Türkiyə və Gürcüstan tərəfləri danışıqların nəticəsi olaraq, tiknti işlərinin konkret aprel ayında başlanması və 2010-cu ildə təhvil verilməsi qərarına gəliblər. Gürcüstandakı inşaat işlərinə yerinə yetirəcək «Azərinşaatservis» müasir standartlara cavab verən lokomotiv parkı və yeni ehtiyat yarımstansıyanı da tikəcək. Artıq bu məqsədlə Gürcüstan hökuməti 23 milyon dollardan artıq vəsait ayırıb. Layihənin ümumi məbləğisə 600 milyon dollar təşkil edəcək. Dəmir yol xətti ilkin mərhələdə 5, ikinci mərhələdə isə 15 milyon ton yük daşımaq imkanına malik olacaq. 2011-ci ildəsə dəmir yol xəttinin Avropaya kimi uzadılması nəzərdə tutulub.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|