| |
Geri |
|
| |
 |
Bakıda taksilər üçün yeni dayanacaqlar hazırlanıb
13.02.2008 19:21:11
Taksilər üçün yeni dayanacaqlar hazırlanıb |
|
| |
Paytaxtda taksilər üçün müəyyənləşdirilən 134 dayanacağın 20-si artıq hazırdır. Daxili İşlər Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin gəldiyi birgə razılığa əsasən artıq taksilər yalnız müəyyən olunmuş bu məntəqələrdə dayanacaqlar. Bakı «Sərnişinnəqliyyatı» MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənovun verdiyi məlumata görə, Səməd Vurğun küçəsi ilə Lev Talstoy, Azadlıq prospekti ilə Akademik Mirqasımov küçəsinin kəsişmələrində, Mərdanov Qardaşları küçəsində və nəqliyyatın hərəkətinin intensiv olduğu digər yerlərdə taksi meydançaları ayrılıb və həmin yerlərdə xüsusi nişanlar qoyulub. Digər dayanacaqlar isə ilin sonuna kimi tədricən hazır olacaq. Bununla da sərinişinlər taksinin xidmətlərindən yalnız bu məntəqələrdə istifadə edə biləcəklər.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|