| |
Xarici işlər, gənclər və idman nazirliklərinin dəstəyi və Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) təşkilatçılığı ilə Fransa Senatında azərbaycanlı tələbələrin forumu keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda xarici işlər nazirinin müavini Vaqif Sadıqov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Azər Əmiraslanov, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev və Fransa Senatının 3 üzvü iştirak edib. Toplantıda Azərbaycanın yaxın 20 il ərzində perspektivləri, Cənubi Qafqaz regionunda inteqrasiya imkanları, Fransada Azərbaycanın maraqlarının təmsil olunması ilə bağlı müzakirələr aparılıb. Forumda Fransada təhsil alan tələbələrlə yanaşı, Avropanın müxtəlif ölkələrində təhsil alan tələbələr də iştirak ediblər. Forum çərçivəsində Azərbaycan gecəsi keçirilib və milli musiqilər səslənib. |