| |
Geri |
|
| |
|
Azəri rejissor avropalı prodüserlərin festivalında
06.10.2008 19:26:42
Azərbaycanlı rejissor Asif Rüstəmov avropalı prodüserlərin festivalında iştirak edir
|
|
| |
Gənc azərbaycanlı rejissor Asif Rüstəmov Almaniyanın Kotbus şəhərində keçirilən beynəlxalq kino festivalına dəvət olunub. “Festivalın əsas məqsədi təkcə filmlərə baxışın keçirilməsi deyil, həm də Şərqi Avropa kinematoqrafçılarının yeni adları ilə tanışlıqdır. Mən oradakı avropalı prodüserlərə “Axınla aşağı” yeni layihəmi təqdim etmək üçün gedirəm”, Rüstəmov bildirib.
O, Kotbus festivalında bir neçə beynəlxalq festival və müsabiqələrin mükafatçısı olmuş yeni “Ev” filmini də təqdim edəcək. Festival öz məhsulunu satmağa şərait yaradan kino bazarı rolunu da oynayacaq. Rüstəmov festivalda rejissor Alisa Cabbarovanın “Ev” və “Qovşaq” filmlərini nümayiş etdirəcək. Hər iki film “Dərviş” prodüser mərkəzinin bazasında çəkilib.
Rüstəmov Azərbaycanın istedadlı rejissorudur. Onun “Ev” layihəsi “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olub. O, həmçinin Roma və Kuba festivallarının laureatıdır.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|