Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Azercell 180 mln. dollara satılıb

11.02.2008 16:09:12

Azərbaycanın ən iri mobil rabitə operatoru 180 mln. dollara satılıb
  Bu gün Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ilə «Azercell Telecom» Birgə Müəssisəsinin təsisçisi olan Türkiyənin «Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.» şirkəti arasında «Azercell»dəki dövlətə məxsus 35,7%-lik payın alqı-satqısına dair müqavilə imzalanıb.
Bu barədə DƏİEDK-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, şirkətdə Azərbaycan hökumətinə məxsus olan pay müəssisəsinin digər təsisçisi olan Türkiyənin «Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.» şirkətinə təklif edilib və şirkət həmin payın alınmasına razılığını bildirib.
Qeyd edək ki, «Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında» Azərbaycan prezidentinin 2001-ci il 29 mart tarixli sərəncamına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan bir sıra müəssisə və təşkilatlar, habelə onların iştirakı ilə yaradılmış müştərək müəssisələr özəlləşdirməyə açıq elan edilib. RİTN-in iştirakı ilə yaradılmış «Azercell Telecom» BM-nin nizamnamə kapitalındakı dövlət payının inventarizasiya olunaraq yenidən qiymətləndirilməsi ilə bağlı Komitədə aidiyyəti təşkilatların nümayəndələrindən ibarət komissiya yaradılıb. «Müştərək müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus olan payların yenidən qiymətləndirilməsi və həmin pay üzərində mülkiyyət hüququnun əldə edilməsinin rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat»a uyğun olaraq, komissiya tərəfindən «Azercell Telecom» BM-nin nizamnamə kapitalındakı dövlət payının inventarizasiyası həyata keçirilib. Eyni zamanda, dövlətə məxsus payın qiymətləndirilməsi, Komitəyə özəlləşdirmə prosedurlarının aparılması və müvafiq əqdlərin bağlanmasında məsləhətçi xidmətlərinin göstərilməsi məqsədilə «Ernst & Young» beynəlxalq məsləhətçi şirkəti cəlb edilib. Məsləhətçi şirkət tərəfindən «Azercell Telecom» BM-dəki dövlətə məxsus 35,7%-lik payın qiyməti 180 mln. ABŞ dolları müəyyənləşdirilib.
Xatırladaq ki, Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» BM-nin təsisçiləri rolunda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7%) və Holladiyanın «Fintur Holdings B.V.» şirkəti (64,3%) çıxış edib. «Fintur Holdings BV» isə «TeliaSonera» (58%) ilə «Türkcell» (42%) şirkətlərin yaratdığı birgə müəssisədir. «Azercell»in abunəçilərinin sayı 3 mln-dan çoxdur, ümumilikdə isə respublika üzrə mobil rabitə abunəçilərinin sayı 4,3 mln. nəfərdir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » «Azərbaycanın 150-200 illik neft ehtiyatı var»
 » Azərbaycana taxıl idxalı bərpa edilib
 » «Bu il ölkədə meyvə-tərəvəz bol olacaq»
 » "Lampa zavodu"nun səhmdarları divident ala bilmirlər
 » «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»
 » Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolunda tikinti işlərinə başlanacaq
 » Neft qiymətləri yenə bahalaşıb
 » Qiymətlərin bahalaşması ölkədə infilyasiyanı artıra bilər
 » Çində baş vermiş təbii fəlakət neft qiymətlərini yenidən artırıb
 » BMT ərzağın bahalaşmasının qarşısını almaq üçün işçi qrup yaradır
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Millət necə tarac olur, olsun...
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
İqtisadiyyatımızın inkişafına mane olur
 
Əsas diqqətin neft sektoruna yönəlməsi
Gömrük rüsumlarının çox olması
Kənd təsərrüfatının inkişafının ləngiməsi
Monopoliya
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.