Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  «Azərbaycanın 150-200 illik neft ehtiyatı var»

03.06.2008 23:55:08

Rövnəq Abdullayev: «Gələn il Türkiyənin İzmir şəhərində neft emalı zavodunun tikintisinə başlanılacaq»
  Ötən il Türkiyənin «Petkim» şirkəti ilə bağlı tender elan olunandan sonra Azərbaycan Dövlən Neft Şirkəti Türkiyənin kimya sənayesində və enerji daşıyıcıları sahəsində yer tutmaq qərarına gəlib. Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-də «Hesabat Mirşahinlə» verilişinə müsahibəsində deyib. Onun sözlərinə görə, «Petkim», bu işdə ilk həlqə rolunu oynayır: «Artıq «Petkim» şirkəti ADNŞ-nin nəzarətindədir. Bu şirkət Türkiyə bazarının kimya məhsullarına olan tələbatının 25 faizini ödəyir. Gələcəkdə bu ölkədə kimya sənayesin inkişaf etdikcə, bu rəqəm 14-15 faizə düşəcək. Bununla bağlı «Petkim»ə yeni investisiyalar qoyulmalıdır. Biz «Petkim»in kimya zavodunun yaxınlığında yeni neft emalı kompleksi tikməliyik». Rövnəq Abdullayev bildirib ki, kompleks hazır olduqdan sonra «Petkim»i xammalla təmin edəcək və bununla da şirkətin xammal təminatı üç dəfə artacaq. Nəticədə əldə olunan yanacaq məhsulları Türkiyə bazarında satıla biləcək və AКDNŞ əlavə gəlir əldə etmək imkanı qazanacaq. ADNŞ prezidenti məlumat verib ki, neft emalı zavodunun tikintisinə gələn ildən başlanacaq və 2-3 milyard dollar investisiya qoyulacaq. Rövnəq Abdullayev bildirib ki, qiyməti 2 miyard 40 milyon dollar dəyərində olan «Petkim» şirkətinin alınması üçün 1 milyard 660 milyon dollar vəsait ödənilib. Qalan 380 milyon dolların isə üç ildən sonra ödənilməsi barədə razılıq əldə edilib.

Rövnəq Abdullayev onu da deyib ki, Ceyhandakı neft emalı zavodunun tikintisi də davam edir: «Biz lazımi lisenziyaların əksəriyyətini almışıq və ətraf mühitə təsir lisenziyasını almaq üzrəyik. Layihə ABŞ-ın böyük mühəndis şirkətlərindən biri ilə birgə işləyirik. Düşünürük ki, bir neçə ildən sonra Ceyhan və İzmirdə neft emalı kompleksi və kimya təsisatları ilə birlikdə böyük komplekslər əldə edək. Bu işi həyata keçirdikdən sonra biz Türkiyə bazarının kimya sahəsinin 60 faizə qədərini, yanacaq məhsullarının isə 40-50 faizini təmin edə biləcəyik».

Rövnəq Abdullayevin sözlərinə görə, prezident İlham Əliyevin xeyir-duası ilə Türkiyənin ən böyük inşaat şirkəti olan «Tekfen»lə anlaşma imzalanıb və ADNŞ onun 50 faizin almaq niyyətindədir. Anlaşma bir həftə əvvəl imzalanıb və Azərbaycan hökuməti hesab edir ki, Türkiyədə irimiqyaslı işləri həyata keçirmək üçün böyük inşaat şirkətinə ehtiyac var.1

Rövnəq Abdullayev Azərbaycan neft ehtiyatları ilə bağlı suala belə cavab verib: «Bizim 150-200 illik neftimiz var. Neftin tükənməsindən narahat olmağa dəyməz. Prezident İlham Əliyevin göstərişi ilə böyük bir proqram hazırlanır. Biz ehtiyatlarımızı dəqiqləşdiririk. Bunun üçün geoloji və kəşfiyyat işləri aparılacaq».
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Neftin qyiməti qalxıb
 » Neft ucuzlaşmaqda davam edir
 » Milli Bank uçot dərəcəsini azaltdı
 » Neftin qiyməti dəyişməz qalıb
 » Neftimiz 20 faizdən çox ucuzlaşıb
 » Vaqif Həsənov:
 » Ölkəyə 7200t buğda toxumu gətirilib
 » OPEK gündəlik neft hasilatını azaldır
 » İpək yolunun tikintisi gecikir
 » Azərbaycan bank sektoru təhlükədə
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.